Prezident seçkiləri ilə bağlı bu gündən Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çap olunması prosesinə start verilib. APA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılığı ilə MSK rəhbərliyi ilə prosesin başlanması ilə əlaqədar mətbəədə olub.
M. Pənahov jurnalistlərə bildirib ki, ümumiyyətlə 5 milyon 149 min 255 bülleten çap olunacaq. Çap olunmuş bülletenlər Dairə Seçki komissiyalarına sentyabrın 30-da təhvil veriləcək.
Bülletenlərin çap olunma prosesinə beynəlxalq müşahidəçilər də nəzarətçi kimi dəvət olunub.
Ümumilikdə, çap prosesinə isə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?