O, xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
Abşeron rayonunun Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün Xırdalan sakini, 1957-ci il təvəllüdlü Şamil Kamil oğlu Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş. Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
İntihara səbəb kimi Ş. Kamilovun maddi durumunun pis olması göstərilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Sorğu
Yeni dizaynımız necədir?