Bu gecə Xaçmazda kütləvi dava olub. Xarçamaz rolis polis şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, kütləvi dava zamanı bir nəfər bıçaqlanıb. Bıçaqlanan 1988-ci il təvəllüdlü Aslan Adil oğlu Şahqubatov ağır halda xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyat xilas olunub.
Aslan Şahqubatov polisə verdiyi ilkin ifadədə özü özünü bıçaqladığını deyib. Lakin polisin araşdırmaları nəticəsində onun kütləvi davada vurulduğu məlum olub.
Hazırda faktla bağlı polis şöbəsində cinayət işi başalnıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?