Edvard Snouden: “Kəşfiyyatçılar istifadəçilərin bütün məlumatlarını bilirlər”
Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq əməkdaşı, agentliyin məxfi materiallarını mediaya sızdırmaqda ittiham olunan Edvard Snouden hökumətin bütün dünya üzrə internet sisteminə nəzarət etdiyini bildirib. Snouden Amerika kəşfiyyatının sosial şəbəkələr vasitəsilə bütün insanları izlədiyini açıqlayıb.
Edvard Souden Mərkəzi Kəşfiyyat Agentliyinin “Qlobal nəzarət planı” ilə bağlı açıqlamasında bu cür şok iddialarla çıxış edib. Rusiyaya qaçmazdan əvvəl Honq Konq şəhərində Böyük Britaniyanın “Quardian” qəzetinə müsahibə verən Snouden bildirib ki, agentliyin əsas araşdırma mərkəzlərindən biri də sosial şəbəkələrdir: “Google”, “Facebok”, “Apple”, “Mikrosoft” kimi internet nəhəngləri Amerika Birləşmiş Ştatları hökumətinin bir hissəsidir. Onlar hamısı Mərkəzi Kəşfiyyat Agentliyi ilə əməkdaşlıq edir və istənilən informasiya sistemlərinə, insanların səhifələrinə birbaşa giriş edə bilməsi üçün qeyri-şərtsiz imkanlar yaradır. Kəşfiyyatçılar istifadəçilərin bütün məlumatlarını bilirlər. Hətta bəzən insanlara doğum günü ilə əlaqədər xüsusi təbrik ismarıcları göndərirlər. Bu prosesə müdaxilə edən olmur. Hökumət üçün məxfilik anlayışı yoxdur. “Qlobal nəzarət planı” da məhz bu fəaliyyətlə əlaqədər vahid mərkəzin yaradılması üçündür”.
Hələlik rəsmi təsdiqlənməyən xəbərlərə görə Edvard Snouden 2 həftədən çoxdur Moskvada “Şeremetyevo” hava limanının tranzit bölməsindədir. O, Amerikaya təhvil verilməkdən can qurtarmaq üçün Honk-Konqdan Ekvadora gedərkən ABŞ pasportunu ləğv etdiyindən hava limanının tranzit bölməsində qalıb. Moskva onu Vaşinqtona verməkdən imtina edir. Venesuela və Boliviya artıq Snouden-ə sığınacaq təklif edib.
Yeri gəlmişkən, bir müddət əvvəl Boliviya prezidenti Eva Moralesin təyyarəsinin göyərtəsində Snoudenin olması şübhəsi ilə Avstriya hava limanında saxlanmasına qarşı ölkədə antiamerika aksiyası keçirilib. Paytaxt La Pasda baş tutan aksiyaya minlərlə hökumət tərəfdarı qatılıb. Avropa dövlətləri və Amerika hökumətinə qarşı şüarlar səsləndirən fəallar Birləşmiş Ştatların Səfirliyinə doğru yürüş ediblər. Onlar bu ölkələrin səfirliklərinin bağlanmasını tələb ediblər.
Sorğu
Yeni dizaynımız necədir?