GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şeyxdən müxalifətçilərə qadağa

Şeyxdən müxalifətçilərə qadağa

Tarix: 10-07-2013, 12:50 Bölmə :Ölkə Baxış: 644
Şeyxdən  müxalifətçilərə qadağa


"İftar süfrəsi verən adamların əvvəlcə siyahısı tərtib olunsun və bilinsin ki, bunlar kimlərdir"
QMİ-dən xüsusi tapşırıqlar və qadağalarAllahşükür Paşazadə Ramazan ayında “siyasi şəxslərə” iftar süfrələri açmağı yasaqlayan tapşırıqlar verib; onun açıqlamaları “vicdan azadlığının məhdudlaşdırılması” kimi qiymətləndirilir; Şeyx hər seçkidə olduğu kimi, bu dəfə də hakimiyyətin tərəfini tutduğunu göstərir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə iyulun 8-də keçirilən Qazilər Şurasının Ramazanla bağlı toplantısında sensasion sayıla biləcək bəyanatlar verib. Şeyx deyib ki, bu il seçki ili olduğu üçün məscidlərdə çox ehtiyatlı olmaq lazımdır. “Xüsusilə siyasi şəxslərin məscidlərə müdaxiləsi qəti qadağandır” deyə, A.Paşazadə bildirib. O qeyd edib ki, əgər hansısa məscid siyasi şəxslərin oradan seçki kampaniyası üçün istifadə etməsinə şərait yaradacaqsa, o məscid və onun axundu ciddi cəzalandırılacaq.
Şeyx siyasi şəxslərin iftar verməsi məqsədilə məscidlərdə özləri üçün siyasi kampaniya yaratmasının da yolverilməz olduğunu bildirib: “Bəzən Ramazan aylarında məscidlərə iftar süfrəsi verməklə bağlı hansısa şəxslər tərəfindən müraciətlər olunur. Bəzən bu müraciət edənlərin məqsədləri heç də iftar süfrəsi təşkil etmək deyil. Bundan özlərinə divident qazanmaq üçün istifadə edirlər. Başqa təriqətləri, siyasi adamları ora yığıb hansısa təbliğatı aparmaq üçün istifadə edirlər. Ona görə də indən belə iftar süfrəsi verən adamların əvvəlcə siyahısı tərtib olunsun və bilinsin ki, bunlar kimlərdir. Əks halda, iftar kiminsə təbliğinə çevrilir”.
Aydındır ki, Şeyx “siyasi şəxslər” dedikdə müxalifəti nəzərdə tutur. Müxalifətçilər sırasında isə dindarların siyasi kəsimi, o cümlədən sədri həbsdə olan İslan Partiyası fəalları da var. Dini çevrələrə yaxın mənbələrin məlumatına görə, islamçıların Milli Şuraya isti yanaşması hakimiyyəti ciddi narahat edir və bu məqsədlə də Şeyxə müəyyən tapşırıqlar verilib. Din dövlətdən ayrı olsa da, Şeyx hakimiyyətdən yanadır və bunu hər seçki ilində daha çox hiss etmək mümkündür.
Məlumdur ki, hüquq-mühafizə orqanları illərdir məscidlərə zatən, Şeyxin idarəsi üzərindən də ciddi nəzarət edir. 2013 seçkiləri yaxınlaşdıqca, iqtidarın cəmiyyətin bütün fəal təbəqələrinə nəzarəti daha da artır və bu sırada qapalı, amma ölkədə kifayət qədər fəal toplum olan dindarlar da var.
Qafqazinfo.az-;n “Yeni Müsavat”a istinad'n məlumatına görə, QMİ-yə xüsusi tapşırıq verilib ki, xüsusən rayonlarda müxalifət və müxalifətə yaxın şəxslərə, o cümlədən aksiyalarda həbs olunmuş dindarların qohum-əqrəbalarına məscidlərdə daha ciddi nəzarət edilsin. Bu nəzarətin xüsusilə Bakıətrafı kəndlərdə, Gəncə və Sumqayıt şəhərlərində, eləcə də ölkənin şimal bölgəsində daha ciddi olduğu deyilir. Əlbəttə ki, bu işdə əsas məsuliyyət məscidlərin rəhbərlərinin üzərinə qoyulub və əsas cavabdeh şəxslər də onlardır.
Yeri gəlmişkən, hələ bir müddət əvvəl dini çevrələrdən belə bir məlumat almışdıq ki, QMİ noyabradək bütün axund və imamların hər gün məsciddə olmalarını tələb kimi qoyub. Şeyx məhz bu səbəbdən məlum toplantıda bəzi məscidlərin axundlarından gileylənib: “Axundların öz vəzifələrini yaxın qohumlarına, qardaşlarına və digərlərinə tapşırıb, öz işlərinin arxasınca gedir, məscidi unudurlar. Bu, necə ola bilər axı? Mən Şeyxəm, vəzifəmi başqasına necə etibar edə bilərəm? Onlar da eləməməlidir. Məsciddə moizə oxumaq üçün axundu başqa adam yalnız bizim icazəmiz əsasında əvəz edə bilər, bizim icazəmiz yoxdursa, bu, qadağandır. Hansısa məsciddə axundu kimsə hansısa moizədə, dini məsələlərdə əvəzə etmək istəyirsə, bizim müvafiq komissiyamızdan icazə almalıdır. Əks halda, o məscidin axundu, imamı barədə xəbərdarlıq olmadan ciddi ölçü götürüləcək”.
Müstəqil Azərbaycan tarixində müxalifətin məscidlərdə, dini konfensiyalarda nə vaxtsa seçki kampaniyası apardığı faktına rast gəlinməyib. Şeyx də bu faktları bilməmiş deyil. Amma şeyx, görünür, yerlərdəki adamlarına tam etibar etmir.
QMİ sədrinin “məscidlərdə siyasi şəxslərin oradan seçki kampaniyası üçün istifadə etməsinə şərait yaradacaqsa, o məscid və onun axundu ciddi cəzalandırılacaq” açıqlamasına başqa məna vermək də mümkün deyil.
Daha bir sensasion məqam həm də kasıblara əl tutmaq ayı olan Ramazanda iftarla bağlı QMİ-nin qadağasıdır. Şeyxin yenə də müxalifəti nəzərdə tutaraq iftar süfrələri zamanı “siyasi adamları ora yığıb hansısa təbliğatı aparmaq üçün istifadə edirlər” deyib. Şeyx iftar süfrələrin də belə deyək, “müxalifət” və “iqtidar”a ayıraraq qəti qərarını elan edib: “İndən belə iftar süfrəsi verən adamların əvvəlcə siyahısı tərtib olunsun və bilinsin ki, bunlar kimlərdir. Əks halda, iftar kiminsə təbliğinə çevrilir”. Bu, o deməkdir ki, məsələn, hansısa bir müxalifət partiyası (qəzeti, təşkilatı, QHT-si) Allah evində kasıblar üçün iftar süfrəsi vermək istəyərsə, buna QMİ imkan verməyəcək.
Adının açıqlanmasını istəməyən dini ekspert Şeyxin bu mövqeyini ən azı “vicdan azadlığının məhdudlaşdırılması” kimi qiymətləndirib. Ekspert “Yeni Müsavat”a deyib ki, müqəddəs Ramazan ayında QMİ sədrinin iftarla bağlı dedikləri qadağa həm günah sayılır, həm də cəmiyyətdə qeyri-sağlam ovqat yaradır: “Halbuki Şeyx həm də sülh yaratmaq, qarşıdurmaları dayandırmaq məqamında olan bir şəxsdir. Təəssüf ki, hər seçkidə olduğu kimi, bu dəfə də Allahşükür Paşazadə hakimiyyətin tərəfini tutur və bunu açıq büruzə verir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şeyx iftar verdi - (Fotosessiya)

    Şeyx iftar verdi - (Fotosessiya) ...

    25-07-2013, 01:08

  • 
  • Şeyx Düşənbəyə səfərə gedir

    Şeyx Düşənbəyə səfərə gedir ...

    20-07-2015, 09:49

  • 
  • Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq

    Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq ...

    8-07-2013, 16:30

  • 
  • Şeyx ABŞ-a gedir

    Şeyx ABŞ-a gedir ...

    28-04-2014, 10:20

  • 
  • Con Kerri iftar süfrəsi açacaq

    Con Kerri iftar süfrəsi açacaq ...

    24-07-2013, 11:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu