“İkatex”-in 12 proqramçısı yeni proqram təminatının yaradılmasına cəlb edilib
Daxili İşlər Nazirliyi müxalif Milli Şuranın planlaşdırdığı etiraz aksiyalarına ciddi şəkildə hazırlaşır. Məlumatlı mənbənin verdiyi məlumata görə, artıq bu məqsədlə kompüter proqram təminatının hazırlanmasına start verilib. Xəbərə görə, bu ptoqram təminatı polis məntəqələri və personal arasında koordinasiyanın effektivliyinin artırılmasına xidmət edəcək. Polis bu proqramın köməyi ilə paytaxtın bütün istiqamətlərində vəziyyəti fasiləsiz nəzarət altında saxlamağa çalışacaq. Mənbənin sözlərinə görə, hazırda bu işlə “İkatex” adı ilə tanınan proqramlaşdırma mərkəzi məşğul olur. Mərkəzdə bu işə 12 proqramçı cəlb edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?