Pentensiar Xidmətin sözçüsü: “Problem tezliklə öz həllini tapacaq”
Dünən Kürdəxanı təcridxanasında olan əməkdaşımız burada anormal mənzərəylə qarşılaşıb. Belə ki, yaxınları ilə görüşməyə gələn yüzlərlə məhbus yaxını saatlarla günün altında gözləmək məcburiyyətində qalırlar. Bu isə onların haqlı narazılığına səbəb olur. Bununla bağlı sualı cavablandıran Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat katibi Mehman Sadıqov problemin olduğunu etiraf edib və bildirib ki, məsələ tezliklə yoluna qoyulacaq: “Hal-hazırda həmin əraziyə yaxın bir yerdə bina tikilir və yaxın zamanlarda həmin bina istifadəyə veriləcək”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?