Ağır cinayətlərdə ittiham olunan şəxs Bakı İstintaq təcridxanasında evləndi (FOTO) Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq təcridxanasında nikah mərasimi keçirilib. Xidmətin internet saytına istinadən məlumata görə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahı bağlanılıb.
Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb.
Nikahın bağlanılmasına yaradılmış şəraitə görə Sümer Yaşar Yücel və Dilşad Osmanova Azərbaycan prezidenti İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova öz minnətdarlıqlarını bildiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?