“Yazılanlar elə bir ağır ittihamdır ki, bunun arxasında durmaq lazımdır. Yəqin ki. məsələyə rəhbərlik səviyyəsində açıqlama veriləcək. Təbii ki, yazılanlar cəfəngiyyatdır. Elə qəzetin ritorikasına uyğun bir məlumatdır. Belə bir şey ola bilməz”.
Bunu Modern.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.
Qeyd edək ki, hazırda Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan, barəsində 3 il azadlıqdan məhrum etmə cəzası verilən sabiq deputat Gülər Əhmədova barəsində sensasion məlumat yayılıb. "Musavat.com"un xəbərinə görə, G. Əhmədovanın deputat dostlarından biri onun mütəmadi olaraq bir neçə saatlığa da olsa, təcridxanadan bayıra çıxmasına şərait yaradır. Guya həmin deputat türmə rəhbərliyindən xüsusi icazə alaraq bunu həyata keçirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?