“Space” telekanalında yeni istefalar baş verib. Bu barədə telejurnalist Şöhrət Eldəniz Facebookda xəbər yayıb.
O qeyd edib ki, bir neçə gün əvvəl əmək haqqına etiraz və telekanlada “əməkdaşların başında at oynadan” Kəmalə Xəlilovaya görə daha iki nəfər istefa verib. Etiraz olaraq telekanalın baş operatoru Əlövsət Aslanlı və müavini Elçin işdən çıxıblar. Məlumatda digər bir neçə operatorun da istefa ərizəsi yazdığı bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl “Hər səhər” verilişinin aparıcısı Əkbər də işdən çıxmışdı.
Sorğu
Yeni dizaynımız necədir?