Space TV-nin tanınmış aparıcısı, əməkdar artist Əkbər Əlizadə bu telekanaldan işdən çıxıb. AzNews.az-a açıqlamasında telekanaldan uzaqlaşmasının səbəbini belə izah edib:
- "Səhər" departamentinin və "Həyat davam edir" verilişininin aparıcısı Kamalə Xəlilova mədəniyyət və incəsənət aləmindən bixəbər, qeyri-peşəkar olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul verilişinin canlı yayımında onunla kəskin mübahisədən sonra efirin sonunda heç kəsə heç nə demədən tamaşaçılarla sağollaşıb, efirdən uzaqlaşmağa qərar verdim. Bu mənim addımım idi. Space rəhbərindən bir incikliyim yoxdur. "Hicran" tamaşasında belə bir epizod var: "Şahlıq quşu özü sənin (Kamalə xanım nəzərdə tutulur) başına qonmuşdu. Mənim kimi zərin qədrini isə bilmədi".
Sorğu
Yeni dizaynımız necədir?