"Bunun qarşısı alınmasa Badamdardakı etirazdan daha ciddi qiyama başlayacayıq"
Göygöl rayonunun Quşqara və Qızılqaya kəndində sakinlər arasında ciddi narazılıq yaranıb. Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, narazılığın miqyası o qədər genişdir ki, tezliklə qəsəbədə sərt etiraz tədbirlərinə əl atıla bilər. Bildirilir ki, adı çəkilən kəndlərədə iki əxlaqsızlıq yuvası fəaliyyət göstərir: Bunlardan biri Quşqara kəndinin ərazisində “Nadel”və Gəncə -Göygöl yolunun sol tərəfində Qızılqaya kəndinin ərazisində “Duru” restoranlarıdır.Hər iki restoran bir qrup əvəllər məhkum edilmiş şəxslər tərəfindən “Gecə Barı” kimi gecə saat 12-dən , 6-00 kimi fəaliyyət göstərirlər. Hər iki kəndlərin ərazisində fəaliyyət göstərən gecə barları təyinatından çox-çox uzaq işlərlə məşğul olurlar.Adı çəkilən obyektlərin hər ikisi də “Gecə Barı” adı altında əxlaqsızlıq yuvasına çevrilib.Dəfələrlə adı çəkilən barlarda kütləvi dava-dalaş bıçaqlaşma hadisələridə olsa da barlar öz fəaliyyətin davam etdirirlər. Gecə barı şəbəkəsinin üzvüləri əvəllər Samux rayonunda fəaliyyət göstərərkən bir neçə nəfəri bıçaqlayıb xəsarət yetirdiklərindən orada olan obyektləri bağlanıb və onlar Göygölə gəliblər. Hal-hazırda həmin şəbəkə ilə kənd sakinləri arasında bir neçə dəfə narazılıq olmasına baxmayaraq bar sahiblərinə dur deyilən tapılmır.Kəndlərin içində, hər kəsin gözü önündə əxlaqsız yuvalarının fəaliyyət göstərməsini özlərinə və ailələrinə qarşı təhqir kimi dəyərləndirən camaat dəfələrlə bu əxlaqsızlıq yuvalarının bağlanması ilə əlaqədar olaraq yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər, amma nə yazıq ki,faydası yoxdur.«Ya bu rüsvayçılıq ən qısa zamanda aradan qaldırılmalı, ya da Quşqara və Qızılqayada bir müddət əvvəl Badamdarda əxlaqsızlıqla məşğul olan kafelərə qarşı baş qaldıran qiyamdan daha böyük qiyam baş verəcək», deyə şikayətçilər bildirdilər. Narazı əhali ən yüksək səviyyədə hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini və bir nəticəsi olmazsa, Göygöldə ciddi çaxnaşmaların olacağını bildirirlər.Qeyd edək ki, burada ilginc bir detal var. Belə ki, yerli sakinlər «Duru» və «Nadel»nin əxlaqsızlıq yuvası kimi işinə son qoyulması üçün yerli hüquq-mühafizə orqanlarına müraciətlərinin nəticəsiz qalmasını onların məhz məmurlar tərəfindən himayə edilməsinə bağlayırlar. Narazı əhali hesab edir ki, yerli polis orqanları əxlaqsızlıq yuvalarına «krışalıq» etməsələr, bu «obyektlərin» Göygöldə fəaliyyəti imkansızdır.Hər halda ümid edirik ki, dövlətin əlaqədar qurumları, o cümlədən Daxili İşlər Nazirliynin müəyyən strukturları əhalinin haqlı narazılığını nəzərə alaraq ərazidə ki,bu biabırçılığı ortadan qaldıracaq və həmin biabırçılığıa yol vermiş vəzifəli və digər şəxsləri qanunla cəzalandıracaqlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?