Türkiyənin Hacəttəpə Universiteti son günlər Azərbaycanda bəzi şirkətlər tərəfindən Türkiyənin ali məktəblərinə yalnız attestat sənədi ilə qəbulun aparılmasına dair yer alan elanlarla bağlı açıqlama yayıb. Universitetinin internet saytındakı açıqlamada deyilir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi təhsil şirkətləri attestat sənədi ilə Hacəttəpə Universitetinə tələbə yerləşdirmək məqsədilə elan verməkdədir: “Xüsusilə bilinməsini istəyirik ki, universitetimizə yalnız attestatla tələbə qəbulu mümkün deyil. Hacəttəpə Universitetinin heç bir şirkətə qəbul kvotası və yer ayırmadığının bilinməsini istəyirik. Hacəttəpə Universitetinə qəbul şərtləri və qaydaları məlumdur və rəsmi saytda yer alıb. Bu mövzuda, xüsusilə valideynlərin diqqətli olmasını və araşdırma aparmadan bu cür elanlara etibar etməmələrini xahiş edirik. Bu məsələ ilə əlaqədar universitetimizdə lazımlı rəsmi əməliyyatlar başladılıb
Sorğu
Yeni dizaynımız necədir?