Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə gənc şair Emin Piri arasında qalmaqal yaranıb.
AzNews.az-ın məlumatına görə, Emin Piri iddia edir ki, Kamal Abdulla onu ölümlə hədələyir. AYB-nin üzvü olan gənc şair tanınmış yazıçını “ədəbisiz fiqur” adlandırıb.
Gənc şairlə arasında yaşanan qalmaqal barədə AzNews.az-a danışan K.Abdulla deyib ki, o, “ədəbsiz fiqur”un nə olduğunu E.Piriyə bildirəcək: “Mən onu tanımıram. Xəstədir o. Nə təhdid? Mən Bakıda deyiləm. O, mənim adımı niyə çəkir? Mən ona xəbərdarlıq edirəmsə, bu ölümlə hədələməkdir? Əgər o, mənə “ədəbsiz fiqur” deyibsə, deməli məni təhqir edib. Mən ona təhqirlərinə görə heç nə deməmişəm. Nə təhdid etmişəm, nə də təhqir. Mən onunla bağlı tədbir görəcəyəm”.
K.Abdulla deyib ki, AYB rəhbərliyinə E.Pirini dəlixanaya aparmağı məsləhət görəcək: “Yazıçılar Birliyinə məsləhət görəcəyəm ki, onu dəlixanaya aparsınlar. O adam dəlixanalıqdır. Mən onun dəlixanada müalicəsi üçün hər cürə şərait yaradacağam. Onu öyrədən var. Onu üzdən görsəm tanımaram. 3 ay əvvəl məndən tərif dolusu məqalə yazıb. Görünür, umduğunu ala bilməyib. Amma bu ona ağır oturacaq”.
Yazıçının bildirib ki, o, AYB rəhbərliyi qarşısında şərt qoyacaq: “Şərt qoyacam ki, belə xəstələri insanlarla ünsiyyətə buraxmasınlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?