ŞOK: YAS YERİNİ SÖKDÜLƏR Bu gün Gəncədə nə insanlığa, nə də dini inancımıza sığmayan biabırçı bir hadisə yaşanılıb. Bu barədə az əvvəl keçmiş daxili işlər naziri İsgəndər Həmidov məlumat verib.
Xatırladaq ki, bu gün İsgəndər Həmidov mərhum qardaşı, tanınmış hüquqşünas Zakir Məmmədova il mərasimi verirdi. Keçmiş nazir redaksiyamıza açıqlamasında bildirib ki, az əvvəl Gəncə polisinin əməkdaşları yas yerinə gələrək qurulan çadırı söküblər. Və heç nəyi əsas kimi gətirməyiblər.
Hər halda, belə bir addımın atılması insanlıqdan uzaq olmaqla yanaşı, islam dininin ənənələrinə də ziddir. Müqəddəs Ramazan ayında hətta düşmənlərin belə barışdığını nəzərə alsaq, İsgəndər Həmidova qarşı bu aqressiyanı və həmin aqressiyanın törətdiyi bu günkü hadisənin səbəblərini heç cürə anlamaq olmur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?