GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nigar Yaqublunun törətdiyi hadisədə qanunu mərhum Aydın Acalov pozubmuş

Nigar Yaqublunun törətdiyi hadisədə qanunu mərhum Aydın Acalov pozubmuş

Tarix: 13-12-2012, 16:51 Bölmə :Ölkə Baxış: 408
Nigar Yaqublunun törətdiyi hadisədə qanunu mərhum Aydın Acalov pozubmuş

“Xüsusi qurğularla təmin olunmamış avtomobillərlə təlim keçməyə icazə verilmir. Şəxsi maşınla kiməsə sürücülüyü öyrətmək üçün də təlim keçmək qadağandır”.
Bu sözləri açıqlamasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, təlim keçməyin öz qaydaları var.

“Təlim keçən şəxsin müvafiq lisenziyası olmalıdır. Həmçinin, təlim maşınlarında əlavə pedallar və arxanı göstərən güzgü olmalıdır. Bundan başqa, təlim keçənin ən azı 5 il sürücülük təcrübəsi olmalıdır. İlkin təlim qapalı meydançalarda və xüsusi yerlərdə keçilməlidir. Söhbət şəxsi ya hüquqi şəxsə məxsus maşından getmir. Təlim avtomobilini avadanlaşdırmaq məsələsi var. Yəni o təlimi keçən müəllimin də ayaqları altında əlavə əyləc pedalı olmalıdır ki, baş verə biləcək istənilən qəzanın qarşısı alınsın”.

DYP rəsmisi bildirib ki, bundan başqa, məsələ ilə bağlı ayrıca şərtlər də var. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsində “Sürmə təlimi” haqqında 5 əsas şərt göstərilir. Onlar aşağıdakılardır:
I. Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir.
II. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir.
III. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır.
IV. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi «Təlim nəqliyyat vasitəsi» tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır.
V. Siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi qadağandır.

Qeyd edək ki, bu qaydaların pozulduğu bir təlim zamanı baş verən qəzadan bir neçə aydır ki, gənc xanım əziyyət çəkir. Söhbət Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqubludan gedir. N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Həmin vaxt mərhum A.Acalov öz maşını ilə təqsirkar bilinən N.Yaqubluya təlim keçirmiş. Qəza bu təlim zamanı baş verib. Yəni hadisə zamanı sükanın arxasında N.Yaqublu olub.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisinin yuxarıda dediklərini və qanunun tələblərini, eyni zamanda avtomobilin mərhum A.Acalova məxsus olduğunu, həmçinin icazəsiz təlimin onun tərəfindən keçildiyini nəzərə alsaq, belə deyə bilərik ki, əslində Nigar Yaqublunun məsuliyyəti ağır olmamalıdır. Çünki mərhum Aydın Acalov Nigar Yaqubluya təlimi qanunazidd olaraq keçirmiş. Onun özünün və avtomobilinin sürmə təlimi vermək hüququna dair sənədi olmayıb. Bundan başqa maşının üzərində «Təlim nəqliyyat vasitəsi» tanınma nişanı da olmayıb.

Bakı-Şamaxı yolu isə sürmə təlimi üçün icazə verilən yol hesab edilmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə reaksiya...

    DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə ...

    12-11-2014, 13:43

  • 
  • Qarsda birgə hərbi təlim başlayıb

    Qarsda birgə hərbi təlim başlayıb ...

    3-06-2016, 02:20

  • 
  • İŞİD uşaqlara belə təlim keçir - ŞOK VİDEO

    İŞİD uşaqlara belə təlim keçir - ŞOK VİDEO ...

    26-11-2014, 22:47

  • 
  • ABŞ Suriya döyüşçülərini "İŞİD"-ə qarşı savaşa hazırlayır

    ABŞ Suriya döyüşçülərini "İŞİD"-ə qarşı ...

    9-05-2015, 00:12

  • 
  • Millimizin təlim-məşq toplanışı

    Millimizin təlim-məşq toplanışı ...

    19-07-2016, 15:12


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (293)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu