Suriyanın xarici işlər naziri Vəlid Müəllim, 17 sentyabrda Türkiyə ilə Rusiya arasında varılan İdlib razılaşmasına münasibə bildirib.
Müəllim, "Türkiyə orada kimin kim olduğunu çox yaxşı bilir. Silahdan təmizlənmiş bufer zona məsələsinin həll olunacağını düşünürük "deyib. Rusiyanın "Russia Today" TV kanalına açıqlama verən Müəllim, "Türkiyənin elan edilən silahlardan təmizlənmiş bufer regionla bağlı üzərinə düşən vəzifəni yerinə yetirərək Ən Nusra döyüşçülərini çıxaracağını düşünürük. Çünki İdlibə gələnlər vaxtında buraya Türkiyə üzərindən gəldi. Beləliklə, Türkiyə burada kimin kim olduğunu yaxşı bilir. Gəldikləri yerə geri dönmələri də təbii proses olacaq" deyə, bildirib.
S-300 raketləri
Açıqlamasında Rusiyanın Dəməşq rəhbərliyinə S-300 raketdən müdafiə sistemləri verməsini də şərh edən Vəlid Müəllim, "Məlum olduğu kimi S-300 hücum deyil, müdafiə silahıdır. Əlimizdə bu silahın olması müharibəni alovlandıracaq amil deyil" deyib.
Sorğu
Yeni dizaynımız necədir?