"Khazar İsland" lahiyyəsinin rəhbəri, "Avesta" Konserninin Prezidenti yetimlərin pulunu mənimsəyib
Qazax sakini-Məmmədov Elşad Tofiq oğlu tərəfindən elektron poçtumuza daxil olan şikayət məktubunu olduğu kimi sizə təqdim edirik.Vətəndaşın dediyinə görə onu bir başa Hacı İbrahim (Nehrəmli) hədə -qorxu gələrək əmlakını əlindən alıb.Onu öz ofisinə dəvət edərək "başın - bədəninə ağırlıq eləməsin" tapşırığını verib.Bu işdən vaz keç sözlərini deyib. "Khazar İsland" lahiyyəsinin rəhbəri, "Avesta" Konserninin Prezidenti Hacı İbrahim İbrahimovun (Nehrəmli) nüfuzundan istifadə edən, onun təsisçi olduğu "Həsən-96" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yerləşən kooperativ yaşayış binasında Məmmədov Elşad Tofiq oğluna mənsub 355 000(üç yüz əlli beş min) manat dəyərində olan 51 və 52 saylı mülkiyyətində olan mənzilləri "Həsən-96" MTK-nın sədri E.H.Tağıyevin dünyanın heç bir yerində görülməyən tərzdə ələ keçirməsi, mənimsədiyinə dair Elşad Məmmədovun ölkə başçısı İlham Əliyev cənablarına, Milli Məclisə, Milli təhlükəsizlik Nazirinə, Daxili İşlər Nazirinə, Respublika Baş Prokuroruna,Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və digər təşkilatlara,sonradan da vəkili vasitəsilə davam etdirilən şikayətlər,mülkiyyətin müdafiəsi,əmlakın geri qaytarılması bu məsələ daha da dramatirk xarakter alıb. Vətəndaşın külli miqdarda pulunu mənimsəmiş şəxs barədə cinayət işi başlanmır. Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi vətəndaşı aldadaraq pulunu mənimsəmiş "Həsən-96" MTK-nın sədri E.H.Tağıyevin dələduzluq əməlini ört-basdır etməyə çalışır. Emil Tağıyev Elşad Məmmədova mənzil satmaq adı altında ondan külli miqdarda pul alıb. Elşad Məmmədov şikayətlərində başına gələnləri təfərrüatı ilə yazıb.Həmin şikayətlər aidiyyatı orqanlara daxil olub.Elşad Məmmədov aldığı mənzillərə 355 000 (üç yüz əlli beş min) manat nəğd şəkildə ödəniş edib.Ödəmələri təsdiq edən maliyyə arayışı və qəbz var.Lakin "Həsən-96" MTK sonradan müqaviləni birtərəfli pozaraq mənzilləri mənimsəyib. Maraqlıdır ki,Elşad Məmmədovun izahatını alan Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı Tərlan Muradov hansısa səbəbdən belə qənaətə gəlib ki, Elşad Məmmədovun şikayət ərizəsi hərəkətsiz saxlanılsın.Ona sadəcə məktubla bildirilir ki, "Sizin şikayət ərizəniz bölmənin dəftərxanasında işə alınmış materiala əlavə edilmişdir".Fikir verirsinizmi o faktla bağlı "Cinayət işi başlanmasının rədd edilməsinə dair"qərar belə çıxarmaqdan material şəklindəarxivə qoyur.Bu, diqqəti törədilmiş cinayət əməlindən yayındırmaq əməlidir.Bu tərəfimizdən kəskin etiraza səbəb olsa da, prokurorluq növbəti verilmiş şikayətlərə susmaqla cavab verir.Verilmiş şikayətlərin və yazışmaların nüsxələri bir də şikayətə əlavə edilir.Şikayət maliyyə sənədi və müqavilə ilə təsdiq edilir.Polis təhqiqatçısının və rayon prokurorluğunun anlaşılmaz tərzdə Elşad Məmmədovun əmlak (pul) tələbi barədə ərizəsini hərəkətsiz saxlaması növbəti şikayəti yenidən gündəmə gətirmiş,həm də korrupsiya ilə mübarizə söz ilə iç arasında yaranmış uyğunsuzluğun bir əngələ çevrildiyinə diqqət yönəltmişdir.Verdiyimiz şikayətlər təhqiqatçının həqiqətdən uzaq sayıqlamalarına, şikayətçinin ölkə Başçısına göndərilmiş şikayətlərinə məhəl belə qoymaması, bununla da ikili standartlar bir daha özünü göstərmişdir.Təhqiqatçının qeyri-rəsmi olaraq işin mülki yolla həlli barədə şikayətçiyə məsləhəti anlaşılmaz tərzdə konkret olaraq əmlakı ələ keçirmiş məşhur tanınmış bir şəxsin,ona qarşı heç bir sanksiyalar tətbiq edilmirsə,bizim qanunlarımızın səmimiyyətinə kim inanar? Şikayətə əlavə etdiyimiz maliyyə sənədlərindən görünür ki, əmlakın( mənzillərin) sahibinin "Həsən-96"MTK-ya borcu qalmamışdır.Lakin dələduzluq və zora söykənən "Həsən-96"MTK-nın sədri və rayon prokurorluğu hələ ki onu müdafiə edərək təməl prinsipi olan bərabəlik anlayışını pozurlar.Səbəbi bildiyimiz halda,mücərrəd izahlar aparmağa ehtiyac yoxdur.Bunu Hacı İbrahim Nehrəmlinin iş materiallarında olan Nərimanov rayon prokurorluğuna ünvanladığı "qardaşlıq məktubu"nda öz əksini tapmışdır. Qazax sakini Elşad Məmmədovun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasında çalışan Kamil Əliyevin Baş Prokuror Zakir Qaralova ünvanladığı məktubunu olduğu kimi nəzərinizə çatdırırıq. Bir vəkil olaraq mənim çalışmağımdan şikayətçi Elşad Məmmədova bir fayda çatmır,vəziyyət dəyişmir.Vətəndaşın 355 000 (üç yüz əlli beş min) manat dəyərində mülkiyyəti olan daşınmaz əmlakı (mənzilləri) dələduzluq və vəzifə səlahiyyətlərini aşma yolu ilə əlindən alınmışdır.Hörmətli Baş Prokuror sizə göndərilmiş şikayətlərə məhəl qoyulmur, sistemli şəkildə proseduralar pozulur.İş icraatında olan cənab təhqiqatçı şikayəti təmin etməyi və yaxud rədd etmək haqqında qərar belə çıxarmır.Şikayətçi Elşad Məmmədovun ərizəsini araşdırmadan Bölmənin dəftərxanasında olan materiala tikir.Bu riskin arxasında ,şikayətçinin ərizəsinə məhəl qoyulmamasında Nərimanov rayon prokurorunundayandığı şübhəsizdir.Hacı İbrahim Nehrəmlinin Nərimanov rayon prokuroruna ünvanladığı "qardaşlıq məktubu"işə tikilmişdir.Bütün bunların Baş Prokurorluq tərəfindən yoxlanılmasını xahiş edirəm.Konstitutsiyanın 13-cü maddəsinin pozulmasına yol verilməsi ikili standartların baş alıb getməsidir. Redaksiyanızdan xahiş edirəm , mənim və vətəndaşın şikayəti Baş Prokurora məruzə edilsin.Vəziyyətdən çıxmağa tədbir görülsün.Kimlərəsə ərköyünlük statusu verilirsə , ona qarşı Baş Prokurorluq tərəfindən mütləq sanksiyalar tətbiq olunacağına inanırıq. bu ərköyünlüyə nə Ölkə Başçısı nə də ki, Baş Prokuror razı ola bilməz. Şikayətçi vurğulayır ki, yetimçiliklə böyüyüblər.Böyük qardaşı müharibə veteranıdır.Özü iisə 1994-cü ildən 1998-ci ilədək həqiqi hərbi xidmətdə olub.Üç qardaşıq ,üçümüz də YAP-ın üzvüyük.Hamımız kirələrdə qalmışıq.Neçə illərdə yığdığımız var-dövlətimizi əlimizdən dələduzluq yolu ilə mənimsəyiblər.Hörmətli Prezident xahiş edirik bizim hüquqlarımızı qanun qarşısında qoruyasınız.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?