Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avqustun sonuncu ongünlüyündə hazırda sınaq işləri aparılan “Özünədəstək” proqramı çərçivəsində ailələrin sosial reabilitasiya olunması üzrə yekun yoxlama (monitorinq) keçirəcək.
Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, monitorinqin nəticələri əsasında proqramın iştirakçısı olan ailələr arasında tam reabilitasiya
göstəricisi müəyyən ediləcək.
Xatırladaq ki, artıq 13 rayon və şəhər üzrə ünvanlı sosial yardım alan ailələrdən müvafiq potensiallara malik 271 ailə seçilərək “Özünədəstək” pilot proqramına cəlb olunub. Onlardan 230-a kənd təsərrüfatı sahələri üzrə şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək, 41-nə əmtəə və xidmətlər istehsalı üzrə fəaliyyət göstərmək üçün birdəfəlik maddi ünvanlı yardım olaraq mal və
materiallar alınaraq verilib.
Onu da bildirək ki, qeyd olunan ailələrdən 111-i üzrə proqram artıq başa çatıb və onlardan 92 faizi gəlirlərində artım olması səbəbindən reabilitasiya olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?