GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda media azadlığı böhranı

Azərbaycanda media azadlığı böhranı

Tarix: 29-07-2013, 01:26 Bölmə :Maraqlı Baxış: 816
Azərbaycanda media azadlığı böhranı
iyulun 22-də Azərbaycan özünün Milli Mətbuat Gününü qeyd etdi. Diqqəti ən çox çəkən hökumətin say-seçmə jurnalistlərə 156 mənzili pulsuz hədiyyə etməsi idi. Mən bu hərəkətin arxasında duran niyyətlər barədə narahatlığı bölüşsəm də, bu yazımda ölkədə media azadlığının böhran həddinə çatmış durumu barədə daha geniş məsələlərə toxunmaq istəyirəm. Toxunacağım məsələlər, əsasən ənənəvi çap və yayın mediası ilə bağlıdır. İnternet azadlığı barədə gələcək yazılarımdan birində söz açacağam.

Azərbaycanda medianın və əlbəttə, geniş miqyasda ifadə azadlığının və insan haqlarının hazırkı vəziyyəti narahatedicidir və illərdir, pisləşməkdə davam edir. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (Institute for Reporters’ Freedom and Safety - IRFS) və Medaia Haqları İnstitutunun (Media Rights Institute - MRI) məlumatlarından görünən budur ki, hökumət tənqidin bütün formalarına qarşı dözümsüzləşir və ölkənin olan-qalan müstəqil mediasını susdurmağa çalışır.

JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQ

Tənqidi jurnalistləri və media qurumlarını susdurmaq üçün geniş taktikadan istifadə olunur. Əlbəttə ən narahatedicisi budur ki, jurnalistlərə qarşı zorakılıqlar və onlara hücum edənlər barəsində cəzasızlıq davam edir. İRFS məlumat verir ki, “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi 2005-ci ilin martından bəri, jurnalistlərə qarşı 200-dən çox zorakılıq halları və hətta bir ölüm halı – 2011-ci ilin noyabrında yazıçı Rafiq Tağının qətli baş verib. Əslində bu işlərin heç birinə dair hökumət tərəfindən diqqətli, qərəzsiz təhqiqat aparılmayıb, hücumları planlaşdıran və həyata keçirənlər mühakimə edilməyiblər.

Bu hücumlardan çoxu “iş başında” – yəni jurnalist hadisəni təhqiq edərkən və ya etiraz aksiyalarını və ya məhkəmələrin işini işıqlandırarkən baş verir. 2012-ci ilin aprelində evlərin sökülməsini videoya çəkən jurnalist İdrak Abbasova Dövlət Neft Şirkətinin işçiləri tərəfindən hücum edilməsi buna misaldır. Başqa hallar ayrı-ayrı şəxslərin seçilərək hədəflənməsi ilə bağlıdır. Bunlara misal olaraq “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həzinin və Ramin Dekonun 2011-ci ildə oğurlanması və döyülməsini göstərmək olar.

JURNALİSTLƏRİN MƏHBUS EDİLMƏSİ

Azərbaycanda jurnalistlər tez-tez məhbus edilir. 2007-ci ildə həbsxanadakı jurnalistlərin sayı 10-a çatanda ölkə, “jurnalistlərin ATƏT regionundakı ən böyük məhbəsçisi” adı ilə damğalanmışdı. İndi, üstündən 6 il keçəndən sonra da həbsdə və həbsxanada olan jurnalistlərin sayı həmin rəqəmə yaxın olaraq qalır.

Dəyişən yalnız jurnalistləri həbsxanaya atmaq üçün işlədilən ittihamlardır. Əvvəlki illərdə olduğu kimi indi onları böhtanda və peşələri ilə bağlı başqa qanunsuzluqlarda ittiham etmirlər. İndi jurnalıstlər peşə fəaliyyətlərinə aid olmayan xuliqanlıq, narkotik maddə və silah saxlamaq kimi iddialarla ittiham olunurlar. Bu ittihamların tələb etiyi cəzalar isə daha ağırdır. Son dəfə mühakimə olunmuş iki jurnalistə 8 il və 9 il iş kəsilib.

İRFS xəbər verir ki, hazırda Azərbaycanda həbsdə və həbsxanada olan 7 jurnalist var: azadzxeber.net saytının baş redaktoru Nicat Əliyev, xeber44.com saytının redaktoru Araz Quliyev, müstəqil jurnalist Fuad Hüseynov, Tolishi Sado qəzetinin baş redaktoru Hilal Məmmədov, müstəqil jutrnalist Fərəməz Novruzoğlu, “Yeni Müsavat” qəzetinin müxbiri Tofiq Yaqublu və Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı. Bura hələ özünün ifadə azadlığı haqqından istifadə etdiyi üçün həbsxanaya salınmış çox sayda bloger, insan haqları müdafiəçisi, vətəndaş cəmiyyəti və siyasi fəallar daxil deyil.

BÖHTAN ÜZRƏ MƏHKƏMƏ İŞLƏRİ VƏ İQTİSADİ TƏZYİQ

Tənqidi jurnalistlərin və media qurumlarının susdurulması üçün daha bir taktika böhtanla bağlı iddialardan aşırı istifadə olunmasıdır. Belə məhkəmə iddialarını adətən, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kimi rəsmilər və onların qohumları qaldırırlar. Yeri gəlmişkən, sonuncunun adı İRFS-in 2012-ci il üçün hesabatında “ifadə azadlığını ən çox pozanların” arasında çəkilir. Bu kimi iddialarla son vaxtlarda ən çox Azadlıq və Yeni Müsavat qəzetlərinin əməkdaşları və bu qəzetlərlə bağlı olan şəxslər üzləşiblıər. MRİ-nin məlumatına görə 2013-cü ilin birinci yarısında jurnalistlərə və media qurumlarına qarşı 36 məhkəmə iddiası qaldırılıb.

Böhtan iddiaları ilə keçirilən mühakimələrdə təyin edilən cərimələr o qədər böyükdür ki, qəzetlər üçün ciddi maliyyə problem yaradır. Böhtanla bağlı məhkəmənin qərarı ilə Bakı Metropoliteninin başçısı Tağı Əhmədova 30 min manat borclu olduğuna görə “Azadlıq” qəzetinin bank hesabı iki ay müddətinə bağlanıb. “Azadlıq” qəzeti bir neçə dəfə bağlanmağa məcbur ola biləcəyini elan etsə də, indiyədək sağ qala bilib.

Lakin böhtanla bağlı məhkəmə işlərindən cərimələr qəzetlərin üzləşdiyi iqtisadi təzyiq formalarından yalnız bididir. Dövlət ölkənin bir çox nəşr və yayım müəssisələrinə nəzarət edir və dövlətin rəğbətində olmayanlar isə öz maliyyə çətinliklərinə görə “Azadlıq” qəzetinə 40 min manat borcunu verə bilməməklə qəzet üçün çıxılmaz vəziyyət yaratmış “Qasid” firması kimi sağ qalmaq üçün çəlləşir.

CƏZASIZLIQ VƏ QORXU MÜHİTİ

Müstəqil mediaya qarşı bu və digər tədbirlərin görülməsi, tənqidi səsləri boğmaq istəyənlər üçün tam cəzasızlıq və media icması üçünsə qorxu mühiti yaradır. Azərbaycanda şəxsi həyatı üçün çox riskli təhqiqat jurnaliszmi ilə məşğul olmaq istəyən çox az jurnalist qalıb. Özünüsenzura geniş yayılıb və indi ölkədə media azadlığı problemlərinin ən böyüyünə çevrilib. Belə senzuranı sezmək və həll etmək daha açıq senzuradan xeyli çətindir.

Müstəqil medianı məhdudlaşdırmaq cəhdləri təkcə ölkə daxilindəki mətbuata şamil edilmir. Ötən həftə bəlli oldu ki, AzadlıqRadiosunu, MeydanTV-ni və “Azərbaycan saatını” yayınlayan peyklərin işinə bilərəkdən müdaxilə olunub. Belə görünür ki, bu yayınçılar Azərbaycana xəbərlərin alternativ təhlilini gətirməklə boşluğu doldurduqları üçün hədəflənib. Yayınların işinə bilərəkdən müdaxilə “siqnalların boğulması” adlanır ki, bu da beynəlxalq telekommunikasiya qaydalarına və insan haqları qanunlarına ziddir.

Ölkədə media azadlığının olmaması təkcə siyasi məsələ deyil, bu, Azərbaycanlıların hamısına aid bir məsələdir və ona bu cür də baxılmalıdır. Hadisələrin yalnız bir verisyasının, yeganə siyasi baxışın geniş yayınlanması ilə hakimiyyət müxtəlif informasiyaları, ideyaları və rəyləri almalı və öz nəticələrini çıxarmalı olan əhaliyə ciddi ziyan vurur.

Mənzil payı verərək, jurnalistləri “vətənpərvər” olmağın – yəni hökuməti tənqid etməməyin mənfəətlərinə inandırmaqdansa, hakimiyyət media azadlığı və başqa insan haqlarına qarşı geniş və sistematik hücumlarını dayandırmalı, elə bir mühitin yaranmasına imkan verməlidir ki, bütün Azərbaycanlıların geniş çeşidli informasiyaya çıxışları olsun və onlar qorxusuz və qisas xofu olmadan öz ideya və fikirlərini azad səsləndirə bilsinlər.

Rebecca Vincent İnsan Haqları Klubunun Demokratiya Sənəti kampaniyasının müvəkkil direktorudur və müstəqil qaydada başqa beynəlxalq və Azərbaycan QHT-ləri üçün işləyir. O, mütəmadi olaraq AzadlıqRadiosu, «Al Jazeera»nin ingilisdilli kanalı və Xarici Siyasət Mərkəzi (Foreign Policy Centre) də daxil media üçün Azərbaycanda insan haqları məsələləri barədə yazır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı

    RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı ...

    22-07-2013, 23:52

  • 
  • AŞPA-nın həmməruzəçiləri mətbuata görə narahatdır

    AŞPA-nın həmməruzəçiləri mətbuata görə narahatdır ...

    21-05-2014, 10:32

  • 
  • Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu

    Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu ...

    3-05-2013, 15:36

  • 
  • Azərbaycanda media mühiti necədir?

    Azərbaycanda media mühiti necədir? ...

    4-05-2014, 11:01

  • 
  • Azərbaycan nümayəndə heyəti Tiflisdə qalmaqal yaratdı

    Azərbaycan nümayəndə heyəti Tiflisdə qalmaqal ...

    11-11-2013, 21:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu