Avqustun 14-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova Baş Prokurorluqda ifadə verib. Bu haqda AzadlıqRadiosuna Günay İsmayılovanın özü məlumat verib:
«RATİ-nin məsələsi ilə bağlı çağırmışdılar. Şahid qismində ifadə verdim. İstintaq sirri olduğunda detalları açıqlaya bilməyəcəyəm. Onu deyə bilərəm ki, ölkədən çıxışıma məhdudiyyət qoyulub. Ölkədən çıxacağım təqdirdə istintaqdan icazə almağım tələb olunur».
Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda olan hər iki ofisində axtarış aparıb. Ofisdəki komputer və sənədlər götürülüb.
RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu bəlli deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?