GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanlı falçıdan seçki proqnozu

Azərbaycanlı falçıdan seçki proqnozu

Tarix: 23-07-2013, 13:00 Bölmə :Ölkə Baxış: 1 180
Azərbaycanlı falçıdan seçki proqnozu
Hacı İbrahim: “Rüstəm İbrahimbəyov gəlsə də heç nəyə nail ola bilməyəcəklər; müxalifətdə parçalanmalar görürəm”

...Əvvəlcədən planlaşdırmışdıq, onunla məişətdən tutmuş Azərbaycanı gözləyən hadisələrədək bir çox mövzulardan söhbət edəcəkdik. Amma doğrusu, o, bizi təəccübləndirdi. Ölkədə baş verən hadisələri, ictimai-siyasi prosesləri bu qədər yaxından izlədiyini gözləmirdik.
Ekstrasens, parapsixoloq, falçı, öncəgörən - özlərini nə adlandırmalarından asılı olmayaraq onlara münasibət həmişə fərqli olub. Müsahibimiz də özünün falçı, öncəgörən, görücü adlandırılmasını sevmir. Ona görə də onu beləcə təqdim edirik - sadəcə Hacı İbrahim.

Beləliklə, şəklinin çəkilməsinə israrla icazə verməyən bu maraqlı adamla müsahibəni təqdim edirik.

- Hacı və falçılıq...

- Mən ənənəvi falçı deyiləm, yalnız dualarla işləyirəm. Azərbaycanda bir-iki nəfərik, ad və təvəllüdlə insanın taleyini oxuya bilirik. Mən yalnız ruzi-bərəkət duaları yazıram, insanların yolunu təmizləyirəm, bəxt yollarını açıram. Fikir verin, “insanların taleyini dəyişirəm” demirəm, amma Allahın köməyi ilə vasitəçi oluram.

- Yəni ağ magiya ilə məşğulsunuz, qarası ilə yox...

- Mən nə qara, nə də ağ magiya tanımıram. Cadu elə bəd əməldir. Onun nə ağı, nə qarası?! Bəziləri ölü dırnağına, qəbiristanlıq torpağına, alt paltarına cadu-əməl edirlər, adını isə qara magiya qoyurlar. Əslində bunun bir adı var - şeytan əməli. Bir insan ki yazdığı duanın qəbiristanlıqda basdırılmasını tələb edir, onun rənginin nə fərqi var?!

- Ölü dırnağı?

- Hə, ölü dırnağı, toyuğun dırnağı, əyilmiş mismar, çarpaz dayanmış iynələr, düyünlər xoş niyyətlə edilmir. İnsan ya paxıllıqdan, ya da düşmənçilikdən bu yola əl ata bilər. Bəzən qadınlar ərlərini sevgilisindən ayırmaq, bəzən də sevgilisi oturub-durduğu kişinin ailəsini dağıtmaq üçün şeytan əməli ilə məşğul olanların yanına gedirlər.

- Bəs sizin yanınıza nə üçün gəlirlər?

- Əsasən dil-ağız bağlatdırmaq üçün gələnlər olur. Bayaq yanımdan çıxan qadın ərinə ev aldırmaq istəyirmiş, əri razılaşmırmış. Kömək elədim, əri ev almağa razı oldu. İndi də maşınlarını satdırmaq üçün gəliblər. Oğlanın anasının dilini-ağzını bağlatdıran qızlar var. Qaynanalar gəlir, dua yazdırırlar ki, ailədə sözləri keçsin. Gəlinlər də gəlirlər. Amma mən heç kimin ailəsini dağıtmıram. Hətta elələri olur ki, məhkəmədən geri dönürlər, barışırlar. Bizim rayonda bir hakim vardı, boşanmaq istəyənlərin çoxunu yanıma göndərirdi. İndi də vəzifədə olan dostlarımın çoxu yanıma adam göndərir.

- Faizlə işləyirsiniz?

- Yox. Nə faiz? Vəzifədə olan hər kəsin bir mollası, ya falçısı olur. Bizim zonanın mollası da, falçısı da ələ düşmür (söhbət cənub bölgəsindən gedir-red.). Masallıda, Cəlilabadda elə mollalar var ki, duası daşdan keçir. Biləsuvarda da savadlı görücülər var. Amma o zonada Qurana baxmaq adı ilə cadu ilə məşğul olanlar çoxdur. Məsələn, Biləsuvarda eləsi vardı ki, rəhmətlik insan həyatını gözündən oxuyurdu.

- Bu, Allah vergisidir?

- O da var, amma baxıcılıq bir elmdir. Gərək hesab-kitabı biləsən, məntiqdən, riyaziyyatdan başın çıxsın. Təbii ki, kartla, kofe ilə fala baxanları demirəm, çünki onları heç falçı adlandırmaq da düzgün deyil. Mənim müəllimim 93 yaşında öldü. Həmişə deyirdi ki, pula aldanıb insan taleyi ilə oynama. Bir də əvvəldən oğurluqla bağlı baxmağımızı istəmirdi, heç özü də buna baxmırdı.



- Yanınıza gələnlərin arasında tanınmışlar, sənət, siyasət adamları olurmu?

- Bunu yadında saxla, qızım. Kim deyirsə ki falçıya, baxıcıya getmirəm, buna inanma, yalan danışır. Amma təkcə müğənnilərin adını hallandırmaq düz deyil. Təkcə onlar gəlmir ki... Bizneslə məşğul olanlar da, vəzifə sahibləri də gəlirlər. İndi həyatda uğur qazananların hamısının yolu bir dəfə də olsa baxıcıdan keçib.

- Onlar niyə gəlirlər ki?

- Toya gedən müğənnilərin əksəriyyətində ceyran dərisinə yazılmış dua, bir də gülləkeçirməz var. O dua elədir ki, nə bədnəzər, nə də cadu təsir etmir. Yanıma bəzən də vəzifə sahibləri gəlirlər. Çoxunun kabinetində dua, ya da nə bilim, işlənmiş nəsə olur. Keçən il bir cərrah gəlmişdi, baş həkim işləyib, sonra işdən çıxarılıb. Əvvəllər dostluq etdiyi bir xanım xristian əməli eləyib kabinetinin girəcəyinə qoymuşdu. Mən onu təmizləyəndən sonra başqa bir işə, özü də daha böyük vəzifəyə təyin elədilər. O cadunu mənimlə birgə kilsədə də təmizlədilər. Çünki evin, kabinetin, ya hara olursa olsun, girəcəyinə basdırılan əməl uzun müddət davam edir.

- Niyə?

- Çünki onu hər gün tapdayıb keçirsən, təsiri bütün otaqlara yayılır. Bəzən işçilər müdirlərinə çarpazlanmış iynə ilə əməl etdirirlər, yəni daim üstünlük onlarda olsun.

- Bəs dediyiniz ceyran dərisi, gülləkeçirməz neçəyə başa gəlir?

- Baxır adamına. Eləsi var ki, istədikləri 2 min manata başa gəlir. Bəzən hətta 5-6 minə başa gələn də var. Çünki duanın yazılması üçün, müəyyən işlər üçün tələb olunan şeyləri “qara bazar”dan alırlar. Bəziləri insanın maddi durumundan istifadə edirlər. Amma yaxşı əməl sahibi elə dua ilə kifayətlənir.

- Bu il seçki ilidir. Azərbaycanı nə gözləyir?

- Mən ilin əvvəlindən demişəm ki, Azərbaycanı Allah qoruyur. Terror, zəlzələ, ya hansısa insan ölümü ilə nəticələnəcək bəla görmürəm. Əksinə, ölkəmiz üçün xeyirli bir sənədin imzalanacağını olacağını görürəm. Prezident seçkiləri ərəfəsində toplantılar, qarşıdurmalar görünür, amma ölüm-itim, qan-qada yoxdur.

- Hakimiyyət dəyişikliyi olacaqmı?

- Mən siyasətdən proqnozlar vermək istəmirəm, amma deyim ki, hakimiyyət dəyişikliyi olmayacaq. Sadəcə seçkidən sonra bir neçə məmurun aşağı yuvarlandığını görürəm.

- Bəs Milli Şuranın taleyi? Rüstəm İbrahimbəyov ölkəyə qayıdacaqmı?

- Milli Şura vahid namizədin müəyyənləşdirə bildimi? (gülür)

- Siyasi prosesləri də izləyirsiniz deyəsən...

- Hə, vahid namizəd kimi hələlik o kinorejissoru təklif edirlər. Amma namizədlərin sayı artacaq, buna özünüz də şahid olacaqsınız. Rüstəm İbrahimbəyov gəlsə belə heç nəyə nail ola bilməyəcəklər. Mən İsa Qəmbərin də, Əli Kərimlinin də Rüstəm İbrahimbəyova münasibətini bilirəm. Xüsusilə İsa Qəmbərin öz planları var. Bundan başqa, Müsavat Partiyasında fikir ayrılıqları olacaq, vəziyyət hətta bəzi istefalara qədər gedib çıxacaq.

- Bunu siyasəti izləyən hər kəs iddia edə bilər. Dediklərinizi necə əsaslandırardınız?

- Yox, gözləntilər çoxdur. Rüstəm İbrahimbəyovun arxasında Rusiyanın və Qərbin müəyyən qüvvələri dayanıb. Amma Rüstəm İbrahimbəyov müxalifət düşərgəsində istənilən namizəd qədər şanslıdır. Birlikdə toplansalar da daxildə narazılıq artacaq.

- Bəs sonra?

- Milli Şura da əvvəlki illərdə yaradılan birliklərin taleyini yaşayacaq. Yenə deyirəm, müxalifət düşərgəsində daxili parçalanmalar görürəm.



- İki xalq artisti - İlhamə ilə Nazpəri “vuruşur”. Onların münasibətlərinin gələcəyinə baxmısınız?

- İlhamə xanım olduqca iddialı qadındır və sözünün üstündə duracaq. Bu “soyuq müharibə” hələ uzun müddət davam edəcək. Bircə onu deyə bilərəm ki, şou əhli arasında iki tanınmış simanın qaranlığa qərq olduğunu görürəm.

- Gəncdirlər, ya qoca?

- Biri gənc, biri isə orta yaşlı olacaq.

- Səmimi deyin, proqnozlarınızın səhv çıxdığı çoxmu olur?

- Soruşardın ki, səhv çıxdığı olurmu heç ( gülür). Bəlkə bir-iki dəfə yanılaram, amma həm dediklərimin, həm də elədiyimin arxasında dayanıram.

- Bəs niyə ünvanınızı yazmağa, şəklinizi çəkməyimizə icazə vermirsiniz?

- Bax, qızım, fərqi yoxdur, falçı, ya ekstrasens, hər kəsin arxasında kimlərsə var. Amma mən istəmirəm. Başımız bəzən heç nədən çox ağrıyır.

- Amma axı son vaxtlar falçılıq edənlərin sayı çox elə artıb. Çoxları reklam olunmaq üçün sıraya düzülüb...

- Bax, onlar televizora çıxıb ağıllarına gələni danışırlar. Elə birinci sözlərindən qarşılarında əyləşənlərin psixologiyasına təsir edə bilirlər. Falçıların yanına, xüsusilə cadu ilə məşğul olanların yanına psixologiyası zəif olanlar gedirlər. Onları “bəxtin bağlıdır”, “işin düz gətirmir” kimi sözlərlə təsirə salmaq asan olur. Çünki ağıllarında saxlamaqla öz işlərini düyünə salırlar.

- Bəs siz də bayaq mənə dediniz ki, tilsimdəyəm, cadu ediblər mənə...

- Gördüyümü söyləyirəm, amma indi yenə təkrarlayıram, oxuduğum dualar, namaz dadıma çatır. Bir evdən ki Quran sədası gəlir, ruzi də, bərəkət də birinci o evə paylanır. İstənilən şəxs dualarla yad qüvvələri özündən uzaqlaşdıra bilər.

- Başqa nə etmək lazımdır?

- Heç vaxt özünə söymək, qarğış etmək olmaz. Bəziləri başqasına “bəxtəvər”, özünə “yazıq” deyir. Yaxşı sözlə başqasının aurasını təmizlədiyin kimi pis söz də öz aurasını korlayırsan. Əksinə, “bütün işlərim yaxşıdır” deyin, şükür edin. Bir də üzərlik, sirkə və şam həm evin, həm də öz auranın təmizlənməsinə yardım edir. Çalışın hər gün şam yandırasınız. Bir də yaxınlarınıza, övladınıza ad qoyarkən fikirləşin. Hər bir insan öz adının taleyini yaşayır. Dini adların böyük yükü var. Vay o kəsin halına ki, adı İlahə, Samirə, Pəridir. Minayə uğurlu addır. Fatimə, Zəhra, Gülsüm, Məhəmməd kimi adların böyük ağırlığı var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədova cavab

    Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki ...

    24-08-2013, 14:10

  • 
  • Masallıda dələduz falçı yaxalandı

    Masallıda dələduz falçı yaxalandı ...

    28-05-2013, 12:34

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK FAKTLAR

    Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK ...

    27-05-2015, 18:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu