Aysel Əliyeva qayınanasının ittihamlarına dözməyib üzə çıxdı
Tanınmış teleaparıcı İlham Mirzəyevin müdafiəsinə qalxdığı dayısı qızı dözməyib üzə çıxdı. ANS PRESS-in məlumatına görə, Aysel Əliyeva bibisi oğlu İlham Mirzəyevin onun ucbatından təzyiqlərə məruz qalmasına dözməyərək ictimaiyyətə açıqlama verməyə məcbur qalıb. Onun açıqlamasını olduğu kimi təqdim edirik:
Xatırladaq ki, İlham Mirzəyev iyulun 14-də üzü maskalı 3 nəfərin silahlı basqınına məruz qalıb. Tanınmış teleaparıcısı axşam saatlarında çalışdığı “Space” kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb. İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər, aparıcıya yardım göstəriblər. İlham Mirzəyev boynuna bıçaq dirəyərək ona hədə-qorxu gələn şəxsi səsindən dayısı qızı Aysel Əliyevanın həyat yoldaşı Asif Əliyev olduğunu bilib. Asif Əliyev hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub və hazırda həbsdədir.
Asif Əliyevin anası Lyudmila xanım oğlunun həbsi ilə razılaşmır və sosial şəbəkələrdə İlham Mirzəyevə qarşı materiallar yayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?