GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avtobusda qətl törədən Mərkəzi Bankın əməkdaşı olub..

Avtobusda qətl törədən Mərkəzi Bankın əməkdaşı olub..

Tarix: 25-07-2013, 17:08 Bölmə :Ölkə Baxış: 606
 Avtobusda qətl törədən Mərkəzi Bankın əməkdaşı olub..
Bu günlərdə Bakıda avtobusda qətl törətmiş şəxs Azərbaycan Mərkəzi Bankının aparıcı mütəxəssisi işləyibmiş.

Bu barədə Vesti.Az-a Nəsimi rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

Xatırladaq ki, iyulun 17-də saat təxminən 13:20 radələrində Bakıxanov küçəsində 6 saylı marşurtla hərəkət edən “Daewoo” markalı avtomobildə lüləsi kəsilmiş ov tüfəngindən açılmış atəş nəticəsində 1975-ci il təvəllüdlü Bakı sakini Vəfadar Məmmədov qətlə yetirilib.

Faktla bağlı 28 yaşlı Anar Xəlilov saxlanılıb. Xəlilovun “Toyota Corolla” markalı 90-HS-359 dövlət nömrə nişanlı avtomobilinə baxış zamanı əməliyyatçılar baqaj bölməsində “Vinçester” tipli 1 tüfəng, lüləsi kəsilmiş, 12 mm çaplı ov tüfəngi, 20 mm çaplı 20 ədəd patron və 12 mm çaplı 2 ədəd patron aşkarlayıblar. Daha bir lüləsi kəsilmiş ov tüfəngi avtobusdan, cinayət yerindən götürülüb.

Xəlilova qarşı AR CM-in 228.1, 229.1, 120.2.4. maddələri üzrə cinayət işi qaldırılıb.

Oxu.az-ın məlumatına görə, ilkin təhqiqat zamanı məlum olub ki, avtobusa əyləşməzdən əvvəl Xəlilov öz avtomobilini ANS telekanalının yaxınlığında saxlayıb. O, özü ilə sellofan paketdə olan lüləsi kəsilmiş ov tüfəngini götürüb və ictimai nəqliyyata əyləşib. Rusiya səfirliyinin yaxınlığında avtobus silkələnib və bu məqamda ayaq üstə güclə dayanan Xəlilov qeyri-iradi olaraq tətiyə basıb və atəş açılıb.

İstintaq iddia edir ki, Xəlilov Məmmədovu təsadüfən öldürüb. Yoxlama göstərib ki, bu insanları heç nə əlaqələndirmir. Onlar bir-birini ümumiyyətlə tanımırlar. Məmmədov adi fəhlə olub və sakit həyat sürüb.

Bununla yanaşı, bu gün təhqiqatın digər təfərrüatları məlum olub.

Belə ki, Nəsimi RPİ-dən alınan məlumata görə, 2012-ci ilin dekabrından Xəlilov 1 saylı psixonevroloji dispanserdə uçota götürülüb. Bu ilin iyununda sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq Mərkəzi Bankda aparıcı mütəxəssis işləyən Xəlilovu işdən uzaqlaşdırıblar. Bu, həbs olunan şəxsin valideynləri tərəfindən qəbul olunmuş qərar olub. Belə ki, aparılan müayinə Xəlilovda şizofreniya əlamətlərinin olduğunu üzə çıxarıb və valideynləri oğullarını müalicə etdirmək istəyiblər.

İstintaq zamanı həbs olunmuş şəxs bildirib ki, o, heç kimi öldürmək istəmirmiş, yalnız 6 saylı avtobusun sürücüsündən pulları almaq istəyirmiş.

“Bunun üçün Xəlilov avtobusun sonuncu dayanacağına qədər getmək və bütün sərnişinlərin düşməsini gözləmək istəyirmiş. Sonra o, silahı sürücünün boğazına dirəmək və beləliklə, onda olan pulları almaq istəyirmiş. “Bu sənə nə üçün lazım idi, axı sənin pula ehtiyacın yoxdur” sualına cavab olaraq, Xəlilov bildirib ki, o, bunu nə üçün etmək istədiyini heç özü də bilmir. Maraqlıdır ki, axtarış zamanı Xəlilovun cibindən 150 manat pul aşkarlanıb, bu isə, yəqin ki, avtobus sürücüsünün gündəlik qazancından çoxdur. Əlbəttə, Xəlilov bizi təəccübləndirdi” – deyə, polisdən bildiriblər.

Polisdən həmçinin qeyd ediblər ki, Xəlilovun anası Bakının institutlarından birində kafedra müdiri işləyir. Saxlanılan şəxsin özü də universiteti əla qiymətlərlə bitirib, qısa müddət ərzində özünü işdə bacarıqlı əməkdaş kimi göstərib.

Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən təhqiqat aparılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avtobusdakı dəhşətli qətli kimin oğlu törədib?

    Avtobusdakı dəhşətli qətli kimin oğlu törədib? ...

    18-07-2013, 13:00

  • 
  • Bakıda silah-sursat alverçisi həbs edildi

    Bakıda silah-sursat alverçisi həbs edildi ...

    28-08-2015, 14:45

  • 
  • “AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi başladı

    “AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi ...

    3-10-2014, 12:56

  • 
  • Sabirabadda xeyli sayda silah-sursat tapılıb

    Sabirabadda xeyli sayda silah-sursat tapılıb ...

    8-12-2013, 20:57

  • 
  • Maştağada qətl törədən məhkəmə qarşısında

    Maştağada qətl törədən məhkəmə qarşısında ...

    18-01-2016, 12:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu