Britaniyalı alimlər dünya elmində ilk dəfə olaraq canlının ölümə qurban getdiyi anları zahirdən yox, batindən çəkə biliblər. Bu fotolar "ölümün ilk şəkilləri" adlanıb. "Wellcome Trust" və "Biotechnology and Biological Sciences Research Council" (BBSRC) elmi-tədqiqat fondlarının apardıqları birgə araşdırma zamanı alimlər soxulcanın bədənində ölümün dalğavari yayılmasını anbaan çəkiblər.
"Grim Reaper" soxulcanındakı bu proses sayəsində alimlər hüceyrə səviyyəsində ölümün necə gerçəkləşdiyini, ölümlə gələn zəncirvari reaksiyanın hüceyrəni necə parçaladığını artıq bilirlər. Ölümün molekulyar mexanizmi aşkarlansa da, ölümün hüceyrədən hüceyrəyə keçidi prosesinin tədqiqatında hələ də müəmmalar var.
Araşdırma nəticəsində bəlli olub ki, orqanizm öləndə hüceyrələrdə göy rəngdə işıq yayılmağa başlayır.
"Orqanizmin özünü məhv etməsinin şəkillərini, o unikal anları dünyada ilk dəfə çəkdik. Soxulcanın bədənində tədricən yayılan mavi işığı kameralarla çəkdik. Bu şüalanmanın yayılmasının qarşısı alınarsa, ölüm dayandırıla bilər", - London Kral Kollecinin nəzdindəki Orqanizmin Qocalması İnstitutunun (Health Ageing at University College London) professoru Devid Cems deyib.
Soxulcanlardakı qocalma proseslərdəki insan orqanizmindəki qocalmanın təkrarıdır.
"Əldə etdiyimiz biliklər vasitəsilə insan həyatını uzada biləcəyimizə ümid edirəm. Üstəlik, apardığımız araşdırma qocalmanın insan orqanizmində molekulyar xəsarətlərin sayının artmasının nəticəsi olması barədə təsəvvürləri alt-üst etdi. Qocalma və ölüm zamanı baş verən bioloji prosesləri daha təfərrüatlı şəkildə tədqiq etməliyik", - Cems deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?