“Hərbi hissələrin birində 1994-cü il təvəllüdlü Nazim Zahirovun tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanması ilə bağlı məndə səhih məlumat var. Həmin əsgəri başqa bir əsgər yoldaşı vurub”.
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov son silahlı insidentə münasibət bildirərkən dedi. Hərbi ekspert həmçinin Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Orxan Alıyevin ölüm səbəbinin də inandırıcı olmadığını bildirdi:
“19 yaşlı Orxan Alıyevin dünyasını dəyişəndən sonra yaxınlarının məlumatı ilə tanışam. Razıyam ki, onun orqanizmində ölümlə nəticələnən halın baş verməsi suallar yaradır. Sağlam cüssəli, əzələli bir gəncin yatıb-durmamasına qətiyyən inanmaq istəmirəm. Yenə deyirəm, burda qaranlıq məqamlar var. Ancaq əlbəttə ki, Hərbi Prokurorluğun apardığı araşdırmadan sonra ölümün səbəbini deyə bilərik. Hərbi hissədən də aldığım məlumata görə, nizam-intizamlı əsgər olub”.
Ü.Cəfərov ölümün səbəbi ilə bağlı məlumatın cəmiyyətdən gizlədilməyəcəyinə ümid etdiyini də bildirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?