Britaniyada yayımlanan Beynəlxalq Urologiya jurnalının yeni araşdırması müəyyən edib ki, normal, yəni sünnət edilməmiş cinsi orqana sahib kişilər sünnət edilmiş kişilərə nisbətən, seksdən daha çox, daha dəqiq, dörd qat çox həzz alırlar. Araşdırma sübut edib ki, sünnət həssaslığı xeyli azaldır.
Hərtərəfli testlərdən sonra məlum olub ki, sünnət olunmamış kişilərin cinsi orqanında və cinsi orqanı örtən zərif dəri qatında daha çox sensor həssaslıq var. Ancaq bu həssas hissələr sünnət edilmiş kişilərdə yoxdur, çünki sünnət kişi cinsi orqanının ən həssas hissələrini məhv edir.
Yeni araşdırma bizim onillərlə düşündüklərimizi təsdiqlədi. Belə ki, sünnət - əgər niyyəti bu deyilsə belə – kişlərin cinsi münasibətdən aldığı zövqü azaldır.
Əgər belədirsə, onda bu kişinin bədəni üzərində olan toxunulmazlıq hüququnu pozur. Problemə geniş baxsaq, eyni şeyləri sünnət edilmiş qadınlar haqqında da deməliyik. Hətta ən kiçik formada aparılan sünnət əməliyyatı belə, qadın cinsi orqanının həssas hissələrinin yoxa çıxmasına səbəb olur.
ABŞ və bir çox digər ölkələrdə qadın cinsi orqanının istənilən formada sünnət edilməsi qanunla qadağan edilib.
Sünnət haqqında geniş yayılmış yalnış inanclar var. Bu inanclara görə, sünnət sağlamlıq və təmizlik olmaqla yanaşı, kişini xəstəliklərdən qoruyur və onun cəmiyyət arasında sakit və həlim olmasına kömək edir.
Sünnətin insan həyatının sonrakı mərhələsinə dəhşətli təsirini nəzərə alsaq, uşaqlar və körpələr bu təcrübəni yaşamamalı və qeyri-terapevtik sünnətə məruz qalmamalıdır. Oğlan və qızların həssalığını azalda biləcək digər əməliyyatlar üzərində valideyn nəzarəti də aradan qaldırılmalıdır. Məsələn, rəngli görməyi ağ-qara görməyə qədər məhdudlaşdıra bilən göz əməliyyatı kimi.
Bundan başqa, normal cinsi orqana sahib kişinin daşıdığı həssaslığın dörddə birinə sahib olan sünnət edilmiş kişilər qoruyucudan (condom) imtina edə bilərlər. Bəziləri, sünnət “təhlükəsizlikdir” deyə düşünərək, cinsi münasibətə qoruyucusuz girə bilərlər.
Yetkinlik yaşına çatmış və sünnət olmaq istəyən kişilərə əməliyyatdan öncə deyilməlidir ki, sünnət vasitəsi ilə həsasslıq dörd dəfə azalacaq. Sünnət olunmaq istəyən kişlərə o da bildirilməlidir ki, sünnət cinsi yolla ötürülən HİV/AİDS kimi xəstəlikələrin qarşısını almayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?