GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Esmira Qasımova bizi şantaj edir" - İTV-dən cavab

"Esmira Qasımova bizi şantaj edir" - İTV-dən cavab

Tarix: 30-07-2013, 12:27 Bölmə :Ölkə Baxış: 953
"Esmira Qasımova bizi şantaj edir" - İTV-dən cavab
"Mən heç bir siyasi işlə məşğul deyiləm. Nə edirlərsə, etsinlər. Hüquqi yolla haqqımı sonuna qədər tələb edəcəm"
Dünən İTV-nin əməkdaşı Esmira Qasımovanın telekanal rəhbərliyi tərəfindən təzyiqə məruz qaldığı barədə "Qafqazinfo"da xəbər yayımlanmışdı. Teleaparıcı "Facebook" hesabında məsələni belə şərh etmişdi:
“Hörmətli dostlarım! Ən yaxın saatlarda ölkə prezidenti İlham Əliyevə açıq məktubumun mətniylə tanış olacaqsınız. Məzuniyyətdə olduğum dövrdə tanımadığım bir profil tərəfindən prezidentin kollajına tag edilməyim ucbatından ciddi siyasi təpkilərə məruz qalmışam. Bəyənmədiyim, hətta şərh belə yazmadığım bu kollajı yayan profil sahibini dərhal blok edərək işarələnmədən çıxmışam. Amma buna baxmayaraq iyulun 9-dan etibarən hər gün işdən könüllü getməyimlə bağlı ərizə istənilir. Qeyd edim ki, bu məsələdə İTV-nin direktor müavini Oqtay Bayramov canfəşanlıq və fəallıq göstərir. Seçki ilində qəsdən ölkədə destabilizasiya yaratmaq istəyənləri ifşa eləmək niyyətindəyəm. Sizlərin hər birinizin başına gələ biləcək bu məsələdə mənə dəstək olmağınızı xahiş edirəm”.

Sözügedən hadisədə ittiham olunan İTV-nin direktor müavini Oqtay Bayramov “Yeni Müsavat”a açıqlamasında Esmira Qasımovanın işdən çıxarıldığını bildirib: “Mən heç kimi hədələməmişəm. O xanım artıq burada işləmir. O, heç bir iş görmürdü, gəlib çayxanada oturub gedirdi. O, özü əmək kitabçasını gətirər, işdən nə səbəbə çıxarıldığına baxarsınız. Onun barəsində akt tərtib edilib, işlədiyi departamentin direktoru onun işləməsinə etiraz edib. O xanım indi bizi bu cür danışıqla şantaj edir”.

Bu gün isə İTV ilə əlaqə saxlayan virtualaz.org saytının əməkdaşı Esmira Qasımovanın işdən çıxarılmadığını öyrənib. Saat 9:00-da işdə olduğunu deyən Esmira Qasımova Oqtay Bayramovla da görüşdüyünü dedi: “İş vaxtı başlayandan işdəyəm. Oqtay Bayramovla da rastlaşdıq. Əvvəllər mənə salam vermirdi. Amma bu gün səhər salamlaşdıq. İşdən çıxarılmağımla bağlı mənə bir söz deyilməyib”.

E.Qasımova O.Bayramovun dediyi kimi, heç bir işlə məşğul olmamasını isə belə izah etdi: “İyulun 9-da məzuniyyətdə olarkən facebookda hansısa bir məlumata “tag” edilməyimlə bağlı təcili olaraq işə çağırılmışam. Dedilər ki, ərizəni yaz və elə bu gün işdən çıx. Məzuniyyətdə olan şəxs işdən çıxarılması ilə bağlı ərizə yaza bilməz. Mən də yazmadım. İyulun 22-də məzuniyyətdən qayıtmışam. Gələn gündən mənə “təhlükəli qadındır” deyib iş vermirlər. Məzuniyyətdən qayıdandan bəri redaktor olaraq heç bir iş görmürəm. Amma işə vaxtında gəlib-gedirəm. Bu, mənim günahım deyil. Iş görməməyimi onlar istəmir. Mənə könüllü olaraq ərizə yazdıra bilmədilər. Dünən eşitdim ki, təqdimat yazıb məni işdən çıxaracaqlar. Bundan sonra öz facebook səhifəmdə həmin statusu yazdım. Onlara təqdimatda facebookda “tag” edildiyimə görə işdən çıxarıldığımı qeyd etmələrini söylədim. Mən heç bir siyasi işlə məşğul deyiləm. Nə edirlərsə, etsinlər. Hüquqi yolla haqqımı sonuna qədər tələb edəcəm. İki gündür jurnalist həmkarlarım mənə ciddi şəkildə dəstək olurlar. Hər kəsə təşəkkür edirəm”.

Esmira Qasımova bu gün prezidentə məktub göndərəcəyini də bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İTV-nin əməkdaşını işdən çıxarmaq istəyirlər

    İTV-nin əməkdaşını işdən çıxarmaq istəyirlər ...

    29-07-2013, 18:45

  • 
  • İTV-dən daha iki nəfər çıxarıldı

    İTV-dən daha iki nəfər çıxarıldı ...

    3-09-2013, 15:38

  • 
  • “İTV-dən çıxmaqla heç nə itirmədim”

    “İTV-dən çıxmaqla heç nə itirmədim” ...

    4-12-2013, 13:23

  • 
  • İTV-dən kütləvi istefalar

    İTV-dən kütləvi istefalar ...

    2-12-2013, 12:59

  • 
  • İTV-dən daha bir aparıcı və iki bölgə müxbiri çıxarıldı

    İTV-dən daha bir aparıcı və iki bölgə müxbiri ...

    5-09-2013, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu