Xəbər verdiyimiz kimi, bu günlərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) 12 əməkdaşı işdən azad edilib.
Onlardan biri teleşirkətdə şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı olub. Bu gün isə jurnalist özü şəxsi “Facebook” səhifəsində işdən azad olunmasına münasibətini yazıb.
O, jurnalist həmkarlarına ünvanlanan statusunda yeni tərkibin üzvü sayılmadığına görə özünü xoşbəxt hesab etdiyini qeyd edib:
“Əziz jurnalist həmkarlarım, sizlər İctimai TV-dən getməyimlə bağlı məndən mövqe öyrənmək üçün zəng edirsiniz və dəstək olursunuz. Təşəkkürlər. Amma mən bu barədə heç bir şərh vermək istəmirəm, daha ciddi işlərlə məşğulam. Mən İctimai Televiziyanın yeni tərkibinin üzvü sayılmadığım üçün özümü şanslı jurnalist hesab edir, bununla itirdiyimi deyil, əksinə qazandığımı hesab edirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?