"Mən hazırda istirahətdəyəm. Kürdəmirdə baş verənlərdən elə də xəbərim yoxdur. Rayonla əlaqə saxlamışam. Deyiblər ki, müxalifətçilər camaatı ayağa qaldırır. Polis də bu cəhdin qarşısını alıb". Bunu açıqlamasında Kürdəmirdən olan deputat Fərhad Qəribov bu gün rayon bazarında satıcıların etirazına münasibət olaraq bildirib.
Millət vəkili qeyd etdi ki, bazar onun yox, yaxınlarına məxsus olduğundan, orada baş verənlərə qarışmır: "Kimsə yer pulunun baha olmasına etiraz edirsə bunu adi qaydada rəhbərliyə bildirsin. Aksiyaya nə ehtiyac var. Həmçinin Kürdəmir bazarı yeni tikilən və təmiz, səliqəli bazardı. Bazarı tikənlər camaata pislik etməyib. Gərək camaat da bunu başa düşsün".
Qeyd edək ki, avqustun 1-də səhər saatlarında Kürdəmir rayonunun mərkəzi bazarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.
Hüquq müdafiəçisi Lətafət Məlikova bildirib ki, bazarın sahibi deputat Fərhad Qəribovun oğludur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?