Azərbaycan törədilən qətl cinayətlərinin və hər 100 min adama düşən məhbus sayına görə Avropanın üçüncü ölkəsidir. Bu haqda “Azadlıq” radiosunun Belarus xidməti avropalı ekspertlərin apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib.
Belə ki, Belarus özü araşdırma nəticəsində Avropanın ikinci ən kriminal ölkəsi elan edilib. Birinci yerdə isə Rusiya gedir.
Radiostansiya qeyd edir ki, Belarus hakimyyəti ölkənin “stabillik və qanunçuluq adası” olduğunu iddia etsə də araşdırmalar bunun tərsini göstərir.
Araşdırmalara görə, Rusiya hər 100 min nəfərə düşən 500-ə yaxın məhbus sayı ilə Avropada birincidir. Normal statistika isə belədir: hər 100 min nəfərə 70-80 məhbus düşməlidir. Sonrakı yerdə Belarus, Azərbaycan və Gürcüstan gəlir. Ukrayna isə hər 100 min nəfərə 334 məhbusla 10-cu yerdədir. Araşdırma 47 ölkədə keçirilib və İslandiya ən az cinayət hadisəsi qeydə alınan ölkə kimi sonuncu yeri tutub. Hesabata daxil edilən ölkələrin 20-nin həbsxanalarında yer çatışmır. Bu ölkələrdə məhbusların sayı həbsxanalardakı yerlərin sayından çoxdur.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Daxili İşlər Nazirliyi ölkədə cinayətkarlığın azaldığı haqda hesabatla çıxış etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?