Məleykə Abbaszadə isə vətəndaşın maşınını ələ keçirən işçisini himayə edir
gundemxeber.az Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin rəhbəri Məleykə Abbaszadənin Ramin adlı sürücüsünün Bakı sakini Elçin Əliyevə məxsus avtomobili ələ keçirməsi barədə məlumat vermişdik. Elçin Əliyevin özünün verdiyi həmin məlumatda deyilirdi ki, Məleykə Abbaszadənin sürücüsü etibardan sui-istifadə edərək bu əməli törədib: “Mən 90 ET 005 dövlət nömrə nişanlı ”Prado-Leksus" markalı avtomobilimi satırdım. Ramin də bildirdi ki, o maşını almaq istəyirdi. Mənim maşını kreditlə almışam. Maşın “Əmrah Bank”da girovluqdadır. Raminlə belə razılaşdıq ki, 15 min özümə verəcək və banka olan borcu ödəyəcək. O, maşını götürərək bir həftəyə pulumu verəcəyini bildirdi. Lakin artıq neçə aydır ki, nə pulu verir, nə də maşını qaytarır. Maşını da sənədsiz sürür. Çünki mən ona etibarnamə verməmişəm. Deyir, Məleykə Abbaszadənin sürücüsü olduğuma görə mənə heç kim heç nə edə bilməz". Elçin Əliyevin sözlərinə görə, bir neçə dəfə maşını almağa cəhd edib. Lakin TQDK sədrinin sürücüsünün hədələri ilə üzləşib: “Məni Məleykə Abbaszadənin adı ilə hədələyir. Deyir get nə istəyirsən elə, mənim arxamda Məleykə Abbaszadə dayanıb. Faktiki olaraq maşınımı əlimdən alıb, vermir”. Şikayətçi dünən redaksiyamızla əlaqə saxlayaraq problemin hələ də həllini tapmadığını deyib. Onun sözlərinə görə, bu məsələni ictimailəşdirməsindən sonra da maşının qaytarılmaması Məleykə Abbaszadənin sürücüsünü himayə etdiyini göstərir: “Lakin mən məsələni belə qoymacağam. Maşınımı alana qədər mübarizəmi davam etdirəcəyəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?