Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə APA-ya məlumat verən Ə. Talıbov G. Əhmədovanın səhhətinin yaxşı olmadığını bildirib: “Səhhətində olan problemlər qalır. Baş ağrıları, ürək bulanmaları olur. Həkimlər tez-tez müayinə edirlər”.
Ə. Talıbov G. Əhmədovanın barəsində olan cinayət işi üzrə hər hansı istintaq hərəkətinin aparılmadığını da bildirib.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?