Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 49 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?