Bu gün səhər saatlarında Baknın Binəqədi rayonu ərazisində sərnişin avtobusu piyadanı vurub. Baş Dövlət Yol Polis İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Vurulan piyada orta yaşlı kişi olub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?