Bakıda dəftərxana və məktəb ləvazimatlarının satışı ilə məşğul olan Türkiyənin "Nil" mağazalar şəbəkəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən qlobuslar satılır.
Bu barədə Qaynar.info-ya oxuculardan biri məlumat verib.
Saytın araşdırması nəticəsində məlum olub ki, mağazada kütləvi satışa buraxılan qlobuslar və qlobus şəklində olan kiçik toplarda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib.
Ümumiyyətlə qlobusların çox keyfiyyetsiz hazırlandığı diqqəti cəlb edir. Xəritədə əksər ölkələrin, o cümlədən Azərbaycanın ərazisi deformasiyaya uğrayıb.
Topların üzərində istehsalçı ölkə göstərilməsə də, qlobusların Çindən idxal edildiyi məlum olub. Onların istehsalçısı "Yiwu Jingfeng Stationery Co., Ltd." şirkətidir (Rəsmi saytı: http://cnjf68.com).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?