Misirdən təxliyyə olunan Azərbaycan vətəndaşları artıq Qahirə aeroportundadırlar və onlar Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin gözləyirlər. Bu barədə Trend-ə Azərbaycanın Misirdəki Səfirliyinin birinci katibi Elnur İsmayılov məlumat verib. Onun sözlərinə görə, FHN-nin təyyarəsinin aeroporta Qahirə vaxtilə 19:00-da (Bakı vaxtı ilə 22:00-da) enəcəyi gözlənilir.
E.İsmayılov bildirib ki, təxliyyə olunacaq Azərbaycan vətəndaşlarının sayı 50-55 nəfərdir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin öncə yaydığı məlumata görə, Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyyəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə təlimat verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?