GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İlan ili”nin QARA SİYAHISI: müharibələr, çevrilişlər, inqilablar...

“İlan ili”nin QARA SİYAHISI: müharibələr, çevrilişlər, inqilablar...

Tarix: 15-12-2012, 16:40 Bölmə :Ölkə Baxış: 2 418
“İlan ili”nin QARA SİYAHISI: müharibələr, çevrilişlər, inqilablar...
Deyirlər ki, “İlan ili” zəlzələ, fəlakət, aclıq ilidir. Modern.az bu deyilənləri nəzərə alıb, bir əsrlik keçmişə səyahət edib.

XX əsrin ilk “İlan ili” - 1905-ci il

21 iyul. Ermənilər İstanbulda Yıldız Məscidində padşah II Əbdülhəmidə qarşı bombalı sui-qəsd təşkil ediblər. Bunun nəticəsində 26 adam ölüb, 58 adam yaralanıb.

1904-cü ildən başlanan rus-yapon müharibəsi 1905-ci ildə də davam edir. Bu müharibədə 58,812 nəfər yapon və 31,458 nəfər rus ölür. Yaponiya Rusiya üzərində qələbə qazanıb. Portsmut Müqaviləsi imzalanır.

1917-ci ildə ilan nələr edib?

“İlan ili” müharibələr ilidir deməkdə, heç də haqsız deyillər. 1917-ci ildə də davam edən I Dünya müharibəsi ərəfəsində ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsir və aprelin 6-da Almaniyaya müharibə elan edir.

1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da güclənir. “Rədd olsun müharibə!”, “Rədd olsun çar!” şüarları altında tətillər bütün ölkəni bürüyür. Rusiyada çarlıq rejimi bitir. Bu, çar II Nikolayın taxtdan çəkilməsi ilə baş tutur.

1929-un İlanı

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) qərarı ilə Qazax ərazisinin 5 min hektara yaxın torpağı və Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlanıb.

1929-cu ildə Fələstində iğtişaşlar baş verir. Fələstinlilər və yəhudilər arasında münaqişələr baş verir. Ümumilikdə, 133 yəhudi və 116 fələstinli həlak olub



1941-ci il - dünyanın hər yerində müharibədir...

II Dünya Müharibəsində Birləşmiş Krallıq Bolqarıstan, Macarıstan və Rumıniyaya, ABŞ və Hindistan isə Yaponiyaya müharibə elan edir.

“İlan ili”ndə 22 iyun 1941-ci ildə Almaniya Sovet İttifaqına qarşı müharibəyə başlayıb.

1953-cü il

Bu il Stalinin ölümü ilə yaddaşlara həkk olunub.

1953-cü il güclü zəlzələ ilə də yadda qalıb. Belə ki, Türkiyənin Çanaqqala vilayətinin Yenice – Gönen kəndində 7.4 bal gücündə zəlzələ baş verir və 265 vətəndaş zəlzələnin qurbanı olur.

Bu ildə Misirdə 74 illik İngiltərə müstəmləkəçiliyinə son qoyulur.

1965-ci ildə İlan nələr etdi?

Həmin il Hindistan ordusu Pakistana hücum edib. Hindistan ordusu Vaqah sərhədini keçərək Lahora tərəf hərəkətə keçdi. Bu hücum ikinci Hindistan-Pakistan müharibəsilə nəticələndi.

Vyetnam müharibəsi - 1965-1973 illərdə kommunist Şimali Vyetnama qarşı ABŞ və Cənubi Vyetnam müharibə elan edirlər. Müharibədə ABŞ quru qoşunlarının 68%, dəniz piyadasının 60%, strateji aviasiyasının 50% və taktika aviasiyasının 32% istifadə olunub.

Ermənilər ilk “qondarma soyqırım” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

1977-ci il

8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. 17.33-də Moskva metrosunun vaqonunda “İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında partlayıcı qurğu işə düşüb. 18.05-də SSRİ DTK-nın binası yaxınlığında Djerzinski küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verir. 18.10 da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşüb. Bu terror aktlarının nəticəsində 7 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1977-ci ildə Yuqoslaviyanın baş naziri Dzemal Bijedik, həyat yoldaşı Bosniya və Herseqovinada təyyarə qəzasında həlak olur.

“İlan ili” və yenə də zəlzələ. 1977-ci ildə Buxarestdə güclü zəlzələ olur və 1500 nəfər bu zəlzələnin qurbanı olur.

1989-cu il – SSRİ-ni “sancan”, Azərbaycanı “parçalayan” ilan

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

15 fevral 1989-cu ildə SSRİ-nin “məhdud hərbi kontingenti”nin Əfqanıstandan çıxarılması prosesi sona yetdi. 10 illik Əfqanıstan müharibəsi sovet dövləti üçün biabırçılıqla başa çatıb.

1989-cu ilin ikinci yarısından etibarən Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumlar etməyə başlayırlar.

14 iyul 1989-cu il Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Steparakert) şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub.

1989-cu il iyulun 16-da Bakıda gizli konfransda təsis olunan AXC-nin sədri Əbülfəz Elçibəy olub.

16 sentyabr 1989-cu il “Tiflis-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu erməni terrorçuları tərəfindən partladılır, 5 nəfər həlak olur, 25 nəfər yaralanır.

1 dekabr 1989-cu il Zəngəzurun ermənilərə verilməsinin (1 dekabr 1920) 69-cu ildönümündə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib.

Həmin il Tacikistanda güclü zəlzələ baş verib və 275 nəfər həyatını itirir.

Ayətullah Xomeyni “Şeytan ayələri”nin müəllifi Salman Rüşdinin qətli barədə fitva verib.

Və sonuncu “İlan ili” – 2001

“Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib.

25 yanvar – Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib.

7 Aprel 2001-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Ki-Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb. Hərçənd danışıqların təşkilatçısı olan Amerika Birləşmiş Ştatları Dövlət Departamenti nisbi irəliləyişin olması barədə bəyanatla çıxış etmişdi. Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyi barədə açıqlama versələr də, bu təşəbbüs də reallaşmayıb.

2001-ci ilin yanvar ayında Makedoniya münaqişəsi - makedoniyalılar və alban separatist qruplar arasında gərgin millətlərarası toqquşmalar baş verir.

Müharibəsiz və zəlzələsiz uğurlu 2013-cü ilə.......

Hazırladı Sevinc İltifatqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaxda 57 yaşlı kişini ilan sancıb

    Qaxda 57 yaşlı kişini ilan sancıb ...

    11-05-2016, 11:58

  • 
  • Müğənnini səhnədə ilan sancdı – 45 dəqiqə sonra öldü

    Müğənnini səhnədə ilan sancdı – 45 dəqiqə sonra ...

    8-04-2016, 01:16

  • 
  • "Qara ilan ili" nələr vəd edir?

    "Qara ilan ili" nələr vəd edir? ...

    12-12-2012, 12:24

  • 
  • Dəhşətli olay: ilan balaca qardaşları boğub öldürdü - FOTO

    Dəhşətli olay: ilan balaca qardaşları boğub ...

    6-08-2013, 11:53

  • 
  • Vladimir Putin: "Biz heç vaxt keçmişə qayıtmayacağıq"

    Vladimir Putin: "Biz heç vaxt keçmişə ...

    21-11-2013, 17:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu