Məlum olduğu kimi, 2012-ci ilin qışı çox sərt keçdi. Günlərlə qarın yağması yollarda hərəkəti iflic edirdi. Qış fəslinin sərt günlərinin qabaqda olduğunu nəzərə alsaq, günlərlə qarın yağması istisna edilmir. Bu baxımdan aidiyyatı dövlət qurumları indidən tədbirlər görməyə başlayıb. “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a açıqlamasında bunu təsdiqləyərək bildirib ki, qışa hazırlıq nəzərə alınaraq Masazır Duz Zavodu yollarda səpilməsi üçün sənaye duzunun istehsal potensialını artırıb. “Bir neçə dövlət qurumu artıq hazırlıqlara başlayıb. Digər qurumlarda istənilən zaman sənaye duzu sifariş eləyə bilərlər. Zavod bu tələbatı ödəməyə tam hazırdır. İndidən sifarişlərini verərək, arzu olunan məhsulu zavoddan əldə edə bilərlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?