Azərbaycanda yeni pul əskinaslarının dövriyyəyə buraxılacağı haqda yayılan xəbər İranda böyük hiddətlə qarşılanıb.
Daha doğrusu üzərində Nizamı Gəncəvinin əksi olan əskinaslar İran elm adamlarının milli “mənliyinə” toxunub. AZADİNFORM xəbər verir ki, Tehran Universitetinin Elmi Şurasının üzvü Qulam Abbas Əkbəri hətta bu mövzuda açıqlama da verib: “Tarixi keçmişi və mədəni irsi olmayan Azərbaycan özünün uydurma tarixini yaratmaq üçün bu kimi cəhdlərdən vaz keçmir. Amma İranın mədəni irsinə sahib çıxanlar, İran diplomatlar ilə birlikdə böyük İran mədəniyyətinə aid nümunələri, qədim tarixi və mədəniyyəti olmayan xalqlar tərəfindən öz mədəniyyətlərinin bir parçası kimi təqdim edilməsinin qarşısını almalıdırlar. Eyni zamanda İranın musiqi və çalğı alətləri də Azərbaycan tərəfindən özünküləşdirilir. Bunların da qarşısı alınmalıdır.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?