GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tehranla Bakının tar davası

Tehranla Bakının tar davası

Tarix: 17-12-2012, 23:05 Bölmə :Ölkə Baxış: 912
Tehranla Bakının tar davası
Təbrizi uduzan xalq bir simli alətə sahib olmağa sevinir

gundemxeber.az İranda dərc olunan «Ruz» qəzetində getmiş bir məqalənin sərlövhəsi Tehran və Bakı arasında tar musiqi alətinə dair davam edən mübahisələrdə İran musiqiçiləri və ekspertlərinin ziddiyyətli vəziyyətdə olduqlarını nümayiş etdirir. Musiqişünas Behruz Sadegi adı çəkilən məqalədə yazır: «Üç il bundan əvvəl Azərbaycan Respublikası «aşıq musiqisini» öz mədəni irsi kimi qeydiyyatdan keçirəndə, İran Mədəni İrs və Turizm təşkilatının o vaxtkı direktor əvəzi Həmid Bəqayi bunu əhəmiyyətsiz məsələ adlandırmışdı. İndi isə tar – İran musiqisinin ən orjinal və mühüm sütunlarından biri olan musiqi aləti UNESCO tərəfindən Azərbaycanın mədəni irsi kimi qeyd edilmişdir».
«Biz öz günümüzə və dövlətimizin gününə ağlamaliyiq». Bu, Behruz Sadeginin alt sərlövhəsidir və o yazır ki, 1972-ci ildən bəri UNESCO İranın tarixi tikililərini, təbii landşaftlarını və mədəni irsini ümumi qeydiyyatdan keçirib. Müəllif yazır ki, bu qeydiyyat zamanı ayrıca ölkə kimi İranın adı çəkilməyib, çünki UNESCO bu tarixi abidələri bütün dünyanın mədəni irsi hesab edib.
Sadegi bu abidələrin geniş siyahısını verir: «Çoğa Zənbil, Persopolis, Meydani İmam, İsfahan, Təxti-Süleyman, Bam və onun təbii landşaftı, Pasarqad, Sultaniyyə, Bisütun, İranın Erməni Monastr Kilsələr kompleksi, Şüştərin tarixi su sistemi, Təbriz Bazarı kompleksi, Şeyx Səfiəddinin Ərdəbildəki xanəgahı, Fars bağı, İsfahanın cümə məscidi, Keykavusun gümbəzi».
Müəllif həmçinin iddia edir ki, Türk sufilərinin «Səma» rəqsi də İranın mədəni irsi olduğu halda UNESCO tərəfindən Türkiyəyə «bağışlanıb». O barışdırıcı mövqe tutmağa çalışaraq yazır ki, «Səma» rəqsi Türkiyə və İranın, aşıq musiqisi isə İranla Azərbaycanın müştərək irsi kimi qeydiyyatdan keçməli idi. Behruz Sadegi bildirir ki, «Novruz» Azərbaycan, Hindistan, Qazaxıstan, Özbəkistan, Pakistan və Türkiyənin müştərək irsi kimi qeydiyyatdan keçirilib.
Müəllif bildirir ki, İranlılar UNESCO-nun qərarından iki məsələdə narazıdırlar: «Birincisi, bu qərarda İran və Azərbaycan tarları arasındakı fərq qeyd olunmalıydı, ikincisi isə Azərbaycan tarının İran tarından yarandığı göstərilməlidi».
Müəllif İranda bir nömrəli tarzənlərdən sayılan, Şərqi Azərbaycan ostanından olan Daryuş Pirniyakandan sitat gətirir: «Bu, mədəniyyət oğurluğudur. Bu, sadəcə bir musiqi məsələsi deyildir. Hakimiyyət buna qarşı yaxşı hesablanmış addımlar atmalıdır. Hələ ki, gec deyildir. Onlar sübutları toplayıb UNESCO-ya göndərməlidirlər. Əminəm, ki, UNESCO tarın İrana məxsus olduğunu qəbul edəcək».
Pirniyakan tarın Azərbaycan aləti kimi tanınmasını İranın işğalına bənzədir. «Bu alətin Aran və ya Azərbaycan Respublikasına heç bir aidiyyatı yoxdur. Onlar divara bir mıx çalıb sonra bəyan edirlər ki, bu divar onlarındır. Mən üzümü Mədəni İrs təşkilatına, İrşad Nazirliyinə və hətta Ali Təhsil Nazirliyinə tuturam. Onlar niyə bu alətin qədimdən İrana məxsus olduğunu elan etmirlər?», - deyir Pirniyakan. O bildirir ki, tar mənşə etibarı ilə İranın mərkəzi və cənub hissəsinə aiddir və «Azərbaycan İrandan ayrılandan sonra, onlar bu musiqini özləri ilə aparıblar, bir az dəyişiklik ediblər, lakin melodiyalar İran təranələri olaraq qalır».
İranın məşhur tar və setar ifaçısı Keyvan Saket isə deyir ki, tar İranda, İran sənətkarları tərəfindən yaradılıb və Azərbaycana aid deyil. O qeyd edir ki, tar İranda Qacarlar sülaləsi dövründə xüsusi əhəmiyyət kəsb edib və bu sülalənin milli mənsubiyyətinə baxmayaraq, İran aləti olaraq qalır.
İranın musiqi araşdırmaçısı Behruz Vejdani isə bildirir ki, aşıq sənətinin və ya tarın kiminsə mədəni irsi kimi tanınması monopoliya demək deyildir. Aşıq sənəti və tar böyük bir regionda, müxtəlif xüsusiyyətlərlə yayılıb və lazım gələrsə, Tehran da bunlara sahiblik iddiası ilə çıxış edə bilər. Cənab Vejdani qeyd edir ki, mədəni irsin qeydiyyatının nə xeyri, nə də ziyanı var, lakin bununla belə, İranın Mədəni İrs təşkilatı bu məsələyə diqqət yetriməldir. Ekspert bu təşkilatı musiqini başa düşməməkdə ittiham edir. İranın başqa bir musiqi eksperti Fuad Tohidi mübahisənin siyasi tərəflərinə toxunur: «Bizim ölkədə hakimiyyətin musiqi problemi var. Buna artıq dözmək mümkün deyil. Musiqi barədə düzgün qərar qəbul etmək lazımdır. Belə getsə, bizim bütün mədəni irsimiz yox olacaq».
Cənab Tohidi hesab edir ki, ümumiyyətlə, bu gün dünyada İran barədə qəbul olunan qərarlar siyasi motivlidir və UNESCO-nun tar barədə qərarı da bu mənada istisna təşkil etmir. Onun fikrincə, beynəlxalq birliyin Azərbaycana rəğbəti məhz bu faktorla bağlıdır. Məqalənin müəllifi Behruz Səməd Beygi də məsələnin siyasi tərəfi ilə razılaşır. O yazının sonluğunda xatırladır ki, İmam Rzanın ruhuna hörmət əlaməti olaraq Məşhəddə hər hansı konsertin keçirilməsi qadağan olunub. Bəs başqa şəhərlərdə? Bu barədə də Tehran tərəddüd içindədir.

Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın mənəvi haqqı tanındı

    Azərbaycanın mənəvi haqqı tanındı ...

    20-12-2012, 13:23

  • 
  • Yeni Azərbaycan əskinası xəbəri İranı da silkələdi

    Yeni Azərbaycan əskinası xəbəri İranı da silkələdi ...

    20-08-2013, 13:36

  • 
  • UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd etdi

    UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd ...

    2-12-2015, 15:35

  • 
  • İraq prezidenti İlham Əliyevdən kömək istədi

    İraq prezidenti İlham Əliyevdən kömək istədi ...

    1-07-2016, 19:59

  • 
  • Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir

    Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir ...

    11-12-2013, 02:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu