ReAL Hərəkatı İdarə Heyətinin üzvü, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli son günlər özünə ünvanlanmış mesajlardan narahatdır.
GÜNDƏM XƏBƏR.az xəbər verir ki,“Qafqazinfo”ya daxil olan məlumata görə, ona yazdığı informasiyalar, təhlillər, açıqladığı fikirlərlə bağlı hakimiyyətin üst qatında narahatlığın yaranması barədə mesaj çatdırılıb. “Mənə dedilər ki, son günlər Azərbaycan – Rusiya hərbi-texniki əməkdaşlığı barədə yazdığım təhlillər, informasiyalar, məqalələr Azərbaycan hakimiyyətində narazılıqla qarşılanır və eyni zamanda Rusiyanın hərbi-siyasi elitası bu məsələ ilə bağlı rəsmi Bakıya etirazını bildirib. Guya bu kimi məqalələri yazmaqla, şərhləri verməklə Azərbaycan – Rusiya hərbi əməkdaşlığının gələcəyini təhlükə altında qoyuram. Mənə bildiriblər ki, bu tip məqalələr, təhlillər yazmağı, araşdırmalar aparmağı, açıqlamalar verməyi dayandırım”. C.Sümərinli bildirib ki, əvvəlcə ona çatdırılan mesajları ciddiyə almasa da, sonra bəzi mənbələrdən əldə etdiyi məlumatlar onu düşdüyü bu durumu ictimailəşdirməyə vadar edib: “Hesab edirləm ki, hakimiyyətdəki müəyyən qruplar tərəfindən mənə qarşı təzyiqlərə start verilib. Qarşıda mənə və ailəmə qarşı istənilən təzyiq və təhdidə əl ata bilərlər. Əvvəlcədən bəyan edirəm ki, mənə və ailəmə qarşı ola biləcək hər hansı addıma görə məsuliyyət mövcud hakimiyyətin boynuna düşəcək”.
C.Sümərinli media qurumlarını və QHT-ləri ona dəstək olmağa çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?