Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı açıqlama yayıb.
Virtualaz.org-un redaksiyasına daxil olan açıqlamada bildirilir ki, mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir: "Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.
Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib. Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan
* * *11:13
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. Hadisə bu gün səhər saatlarında, İcra hakimiyyəti binasının yaxınlığında olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, hadisə ilə bağlı təcili yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası gedib. Həkimlər mərkəzdən 50 yaşlı qadın götürüblər, onun müəllimə olduğu bildirilib. Sifətinin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllimə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?