Natiq Cəfərli: «Mayda verdiyimiz qərara sadiqiq qalaraq, Milli Şuranın vahid namizədini sonuna qədər dəstəkləməyə hazırıq»
Milli Şuranın ikinci sessiyasında təşkilatın sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi kimi təsdiq olundu. Hələ Milli Şura təsis olunan zaman ReAl Hərəkatının təmsilçiləri demokratik qüvvələrin vahid namizədlə çıxış edəcəkləri halda, onu dəstəkləyəcəklərini bəyan etmişdilər. Hazırda ReAl-ın mövqeyinin necə olduğunu dəqiqləşdirmək üçün təşkilatın icraçı katibi Natiq Cəfərli ilə əlaqə saxladıq. N.Cəfərli bildirdi ki, Milli Şuranın Rüstəm İbrahimbəyovu vahid namizəd kimi irəli sürməsi çox təqdirəlayiq qərardır. N.Cəfərli vurğuladı ki, demokratik qüvvələrin böyük bir hissəsinin Milli Şurada birləşməsi və vahid namizədlə çıxış etməsi seçkilərə daha da önəm qazandırır: «Rüstəm İbrahimbəyovun vahid namizəd elan edilməsi təqdirəlayiq olmaqla bərabər ReAl Hərəkatının bundan əvvəl verilən bəyanatlara sadiqliyini də göstərəcək. ReAl hərəkatı öncədən də bəyan etmişdi ki, Milli Şura vahid namizədlə çıxış edəcəksə və seçkilərdə həyacan yaradacaqsa biz vahid namizədi sonuna qədər dəstəkləməyə hazırıq. Biz bu gün də mayda verdiyimiz qərara sadiqik».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?