GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yanan qaz quyusu ilə bağlı şok faktlar

Yanan qaz quyusu ilə bağlı şok faktlar

Tarix: 28-08-2013, 10:56 Bölmə :Ölkə Baxış: 1 491
Yanan qaz quyusu ilə bağlı şok faktlar
Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus «Bulla-dəniz» yatağının 90 saylı quyusunda 1 həftədən çoxdur ki, davam edən yanğını hələ də söndürmək mümkün olmayıb.


Caspianbarrel.org portalının SOCAR-a istinadə verdiyi məlumatda yanğının sönüdürməsinin uzanmasının səbəbləri açıqlanıb. Məlumatda bildirilir ki, quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edir.

SOCAR və FHN-nin yüksək ixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanır.

Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunub, Sərhəd qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsi ilə quyunun ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib. Nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunub. Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsi ilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılıb və alovun qarşısında su pərdəsi yaradılıb. Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib.

Əməliyyat zamanı SOCAR-ın Təhlükəsizlik İdarəsinin Fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirib.

Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olub. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilib və hazırlıq işləri başa çatdırılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə sosial şəbəkədə quyuda yanğının baş vermə səbəbləri ilə bağlı iginc faktlar qeyd edib. Neft sahəsində çalışan mütəxəssislərdən birinə istinadən məlumat verən M.Qəhrəmanlı yazır ki, 90 saylı quyu təsdiq olunmuş proqram (Geoloji Texniki Tapşırıq) əsasında layihəyə uyğun olan dərinlikdə qazılıb: «Amma sonra məlum olmayan səbəblərdən qazma işləri davam etdirilib. Bu hadisə son bir neçə ayda Sahil qazma idarəsində baş verən 2-ci böyük qəzadır. Birincisi, «Ümüd» yatağında baş verib,hansı ki, quyuda qəzanın nəticələrini aradan qaldırmaq mümkün olmadığından 2-ci lülənin qazılmasına qərar verilib. Nəticədə ölkəyə milyonlarla manat ziyan dəyib.

Hər iki qəza sırf insan faktoru ilə bağlıdır. Məndə olan məlumata görə bulla dəniz yatağinda 22 ,86 və 88 saylı quyularda da müxtəlif vaxtlarda eyni hadisə baş verib. Belə çıxır ki, əvvəlki qəzalardan-yanğından nəticə çıxarılmayıb.

90 saylı quyuda qazma məhlulunun xüsusi çəkisi düzgün seçilməyib və təzahür baş verən zaman quyuağzı avadanlıqdam(preventor) sızıntı müşahidə olunub. Nəticədə fontanın qarşısını almaq mümkün olmayıb. Ola bilsin ki, preventor həmin yataqdakı təzyiqə uyğun seçilməyib və ya quyuağzı avadnalıq quraşdırıldıqdan sonra gözlənilən lay təzyiqinə uyğun test edilməyib».

NHMT rəhbəri qeyd edir ki, ARDNŞ-ın vahid texniki qaydalarına görə fontona qarşı quyuağzı avadanlıq quraşdırılmazdan qabaq passport təzyiqinə (stentdə), quraşdırıldıqdan sonra isə lay təzyiqinə uyğun test edilməlidir. Əgər testin nəticəsi yaxşıdırsa, ARDNŞ-nın Təhlükəsizlik İdarəsinin fontana qarşı rayon mühəndisinin xüsusi yazılı icazəsindən sonra qazma işlərinə başlanıla bilər. Bütün bunlar aktlarla təsdiq edilməlidir və təzyiq testinin qrafiki akta əlavə edilməlidir. /”Bizim yol” qəzeti/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neft quyusunda partlayış oldu, yaralılar var

    Neft quyusunda partlayış oldu, yaralılar var ...

    18-08-2013, 17:54

  • 
  • "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub

    "SOCAR Trading" şirkətinə "Platts ...

    15-12-2015, 23:27

  • 
  • İranın neft-kimya zavodu yenidən alışdı

    İranın neft-kimya zavodu yenidən alışdı ...

    7-07-2016, 18:29

  • 
  • Artur Rasizadə SOCAR-da müşavirə keçirdi

    Artur Rasizadə SOCAR-da müşavirə keçirdi ...

    6-12-2015, 18:13

  • 
  • Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçiriblər? (FOTO)

    Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ ...

    7-01-2014, 12:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu