Hazırda Türkiyənin İstanbul şəhərində yaşayan Aliyə Əliyeva adlı şəxs ABŞ-da lobbiçilik fəaliyyəti ilə məşğul olan “Holland & Knight LLP” şirkətinin Vaşinqton ofısinin bank hesabına sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, “Azpetrol” şirkətinin sabiq direktoru Rafiq Əliyevin vəziyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə 2012-ci ildə 320 min ABŞ dolları, 2013-cü ilin 1-ci rübündə isə 40 min ABŞ dolları məbləğində pul köçürüb.
Publika.Az-ın əldə etdiyi məlumata görə, Aliyə Əliyeva “Holland & Knight LLP” şirkəti ilə 2011-ci ildə müqavilə bağlayıb, habelə həmin il yuxarıda göstərilən məqsədlə şirkətin bank hesabına 80 min ABŞ dolları məbləğində pul vəsaiti keçirib.
Sorğu
Yeni dizaynımız necədir?