GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sevinc Babayevanın sensasion məktubu üzə çıxdı

Sevinc Babayevanın sensasion məktubu üzə çıxdı

Tarix: 29-08-2013, 09:33 Bölmə :Ölkə Baxış: 923
 Sevinc Babayevanın sensasion məktubu üzə çıxdı
“Gülərgeyt qalmaqalı”nda adı hallanan, dünyasını dəyişən qadının yazdığı iddia edilən mesajlar əlimizdə; oğlu “anamın məktubu başqadır” deyir; ehtimallar var ki, bu məktub hazır variantda Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov tərəfindən İstanbula aparılıb
“Yeni Müsavat”ın 28 avqust tarixli sayında “Gülərgeyt qalmaqalı”nın əsas fiquru olan, ötən il dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayeva ilə bağlı yeni məlumatlar vermişdik. Sözügedən yazıda S.Babayevanın ölümündən öncə son çəkilən fotolarını təqdim etdik. Həmin fotolarda S.Babayeva qarasaçlı və üz-gözü şişmiş vəziyyətdə idi.
Sevinc Babayeva Elşad Abdullayevə və qardaşı Elsevər Abdullayevə qarşı, Gülərin xeyrinə məktub yazıb

Fotolarla yanaşı, “Yeni Müsavat”a S.Babayevanın ölümündən öncə prokurorluğa müraciətlə yazdığı iddia edilən bir məktub da daxil olub. Kompyuterdə yazılan və daha sonra kağıza çıxarılan məktuba daha sonra əl yazısı ilə müəyyən düzəlişlər də edilib. Redaksiya olaraq bildiririk ki, məktubda S.Babayevaya məxsus hər hansı imza olmasa da, onun adından yazılıb. Öncə məktubu nöqtə-vergülünə toxunmadan, olduğu kimi, bütün qrammatik və üslub səhvləri ilə birgə nəzərinizə çatdırırıq:
“Hörmətli prokuror!
Mən məlum hadisənin təsirindən, Elşad və Elsevər Abdullayevlər qardaşlarının qorxusundan Vətəni tərk etmək məcburiyyətində qaldım. Hadisələr onsuz da zəif olan səhhətimi bir az da ağırlaşdırdı. (Bu cümlənin altından sonradan qələmlə xətt çəkilib-S.T.) Nəzərinizə çatdırıram ki, bu ilin iyun-iyul aylarında Neftçilərdə və Gömrük xəstəxanalarında uzun müddət infarkt diaqnozu ilə müalicə almışam. İndi həmin xəstəlik yenidən baş qaldırıb. Və mən yataq xəstəsiyəm. Bütün bunlara baxmayaraq mən istintaqa öz köməkliyimi göstərmək istəyirəm. Ona görə də Sizə müraciət etmək qərarına gəldim. Məni 1997-ci ildə Elşad Abdullayevlə qardaşı Mahir Abdullayev tanış edib. O illərdə mən Ali Sovetdə qəzet müxbiri kimi çalışırdım. Elşadın mənimlə tanış olmaqda məqsədi o zamanlar Ali Sovetin bir sıra deputatları ilə mənim vasitəmlə tanış olmaq istəyi idi. Beləcə onunla mənim aramda vasitə yarandı. O zamanlar San-Marino adlanan universitet var idi. Familiyasını bilmədiyim Əhmədxan adlı bir şəxs universitet rektoru idi. Xatırladım ki, o vaxtlar E.Abdullayev müxalifət qəzetlərində çalışırdı. Sonralar E.Abdullayev qaynatası Hüseyn Əhmədovun (cümlənin əvvəlindən bu hissəsinə qədərki bölümünün üzərindən xətt çəkilib və üzərində əl yazısı ilə “və San Marino Universitetini” sözləri yazılıb) birbaşa köməkliyi ilə universiteti ələ keçirib adını ABU qoydu. Və ətrafına etibarlı adamlarını yığıb işləməyə başladı. Məni də həmçinin öz yanına dəvət etdi. Onun sözünə inandım. Xeyli müddət birgə çalışdıq. Sonradan mənə məlum oldu ki, əslində bu universitetə tələbə qəbulu heçdə qanuni getmirmiş. Məndə bilmədən bu oyunun qurbanı oldum. Aldadılmış tələbələr qapıma dayandı. Onlar pullarını tələb etdikdə mən E.Abdullayevə müraciət etdim. O isə məni hədələdi. Və dedi ki, get nə istəyirsənsə et. Digər tərəfdən tələbələrin valideynləri mənim haqqımda şikayət edəcəklərini bildirdikdə mən məcbur olub evimi və özümə məxsus qızıl-zinyət əşyalarımı dəyər-dəyməzinə satdım. Bir neçə dəfə cəhd etdim ki, Elşaddan pullarımı alım. Amma alınmadı. Sonradan eşitdim ki, bir qrup tələbə və valideynlər o dövrdə deputat olan Gülər Əhmədovaya bu işlə bağlı müraciət edib, kömək istəyiblər. Məndə bir neçə tədbirlərdə G.Əhmədova ilə birgə iştirak edib münasibət yaratmışdım. Düzdü bu münasibət çox dərin olmasada Gülər xanım məni tanıyırdı. Fikirləşdim ki, mən də Gülər xanıma müraciət etsəm, bəlkə pulumu geri qaytara bilim. O məqsədlə Gülər xanımın yanına gəldim, dərdimi ona danışdım. Gülər xanım mənə bildirdi ki, 10-larla tələbə elə bu işlə bağlı mənə müraciət edib. Elşadın yanına gedib bütün bu məsələləri həll etmək lazımdır. Biz birlikdə Elşadla söhbət etməyə getdik. O söhbətdə Gülər xanım Elşaddan təkidlə tələbələrdən aldığı pulları geri qaytarmağı tələb edirdi. Yadımdadır ki, Gülər xanım E.Abdullayevə bildirdi ki, sən deputatlığa namizədliyini vermisən. Əgər deputat olmaq istəyirsənsə ən birinci tələbələrin pullarını qaytarıb öz hörmətini xalq arasında və yuxarı strukturlarda göstərməlisən. Əks halda sən deputat siyahısına düşə bilməzsən. İndi mən bu videoyazıya baxanda və bizim etdiyimiz söhbətin nə qədər dəyişdirildiyini görəndə dəhşətə gəlirəm. Mən E.Abdullayevin necə alçaq olduğunu bilirdim. Elə onun bu qədər şərəfsizlik edib o söhbətin bu cür dəyişdirərək ictimaiyyətə yaymağınada təəccüblənmədim. Çünki o çox anaları gözü yaşlı qoyub. Evindən didərgin saldığı müəllimlər hələdə kirayədə yaşayır. İntihar edən neçə-neçə insanlar var. O əgər bütün bunları edibsə, bu videomontaj onun üçün heç nədir. (Burda əl yazısı ilə daha bir əlavə var: Elşad Abdulayev ruhi xəstədir, 2 qadını atıb ortaya, şər-böhtan atmaqda məqsədi yığdığı haram pulları gizlətməyə çalışmaqdır. Təhlükəli adamdır- S.T.)
Mən əminliklə deyirəm ki, bu videoyazı başdan-ayağa montaj və cəfəngiyyatdır. O ki qaldı, mənim Vətənə geri dönməyimə, mən hələdə Elsevərin prokurorluqda (burada da sondan iki sözün üzərindən xətt çəkilərək əl yazısı ilə “Elşad Abdullayevin məndən” sözləri əlavə edilib- S.T) işlədiyini bilirəm. Və mənim onunla köhnə ədavətinin olduğunu nəzərə alsaq (2 dəfə xitama getmiş Abşeronda torpaqla bağlı cinayət işinin mənim əleyhimə yenidən qaldırılmasıda buna sübutdur. Nəzərə alaq ki, bu cinayət işidə o zamanlar Elsevərin sifarişi ilə təşkil olunmuşdu). G.Əhmədovanın və onun ərinin işdən çıxarıldığını, uşaqlarına cinayət işinin açıldığını nəzərə alsaq məni Vətəndə nəyin gözlədiyini başa düşür və qorxuram. Hər gün mətbuatda gedən yazılar mənim qorxumun üzərinə birazda qorxu əlavə edir. Mən yuxarıda qeyd etdim ki, ağır ürək xəstəsiyəm. Bilirəm ki, mənə qarşı hər hansı bir tədbir görülsə ürəyim buna dözməyəcək. Ümidvaram ki, yazdıqlarım istintaqın gedişində Sizə müəyyən mənada nəsə kömək ola bilər. Çox istərdim ki, Vətəndə olam və Sizə köməklik edəm. Amma mən bu addımı atmağa cəsarət etmirəm. Xahiş edirəm mənim..."

***

Məktubu Gülər Əhmədova yazıb, Fikrət Əhmədov İstanbula aparıb təsdiqlədib?

Xatırladaq ki, bizə göndərilən məktub elə burda yekunlaşır. Ona görə də biz məktubda S.Babayevanın imzasına rast gəlmədik. Nöqtə-vergülünə toxunmadan oxucuların nəzərinə çatdırdığımız bu məktubdan bir neçə detalın üzərində dayanaq. Müraciətin mətnindən də göründüyü kimi, bu, birbaşa G.Əhmədovanın xeyrinə yazılıb. S.Babayeva Türkiyəyə getməzdən öncə, hüquq müdafiəçisi Məmməd Zeynalovun yanına bir neçə qadınla birgə gələrək, E.Abdullayevdən şikayət edəndə də təxminən eyni janr və arqumentlərlə danışmışdı. Həmin videoçəkilişi izləyənlər xatırlayırlar ki, S.Babayeva və digər şikayətçi qadınlar orada ABU rektorundan şikayət edərək, onun tələbə və valideynləri aldatdığını deyirdilər.
Digər tərəfdən, adının çəkilməsini istəməyən ekspertlər hesab edir ki, bu müraciət konkret S.Babayeva yox, Gülər Əhmədova tərəfindən də hazırlanmış ola bilər. Çünki mətnin dəst-xətti daha çox sabiq deputata uyğundur. Bundan başqa, sözügedən müraciət G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun İstanbul səfəri, orada qaldığı 3 gün müddətində S.Babayeva ilə görüşünün nəticəsi kimi də ortaya çıxa bilər. Onların birgə belə bir müraciət hazırlayıb, istintaqa göndərməsi mümkündür.
Sözügedən müraciətin indiki ərəfədə redaksiyamıza göndərilməsi də təsadüfi sayılmır. Məlumdur ki, G.Əhmədovanın istintaqı bitib, sabiq deputat istintaq materialları ilə tanış olur. Qısa müddət sonra onun məhkəməsi başlaya bilər. Ehtimal edilir ki, sabiq deputatın xeyrinə olan bu cür detalları mediaya və cəmiyyətə ötürənlər onun barəsində müsbət rəy yaratmağa cəhd göstərirlər. Yəni sabiq deputatın sonradan azadlığa buraxılması üçün indidən ictimai rəy yaradılır.

Ekspert yol göstərir: “Bu məktubun müəllifi ilə bağlı ekspertizaya ehtiyac var”

“Bu müraciətin həqiqətən də S.Babayevaya aid olub-olmamasını dəqiqləşdirmək üçün ekspertizaya ehtiyac var”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında adının çəkilməsini istəməyən məhkəmə eksperti bildirib. Onun sözlərinə görə, müraciətlə bağlı iki cür ekspertiza keçirilməlidir: qrafaloji ekspertiza və mətn üzrə müəlliflik ekspertizası. Belə ki, S.Babayevanın əvvəlki yazıları, danışıqları ilə sözügedən müraciət arasında paralellik apararaq sonuncunun Babayevaya aid olub-olmadığı üzə çıxarılmalıdır.

Ayxan Məmmədov: “Anamın gerçək məktubunu üzə çıxarsınlar, orda Gülər ifşa olunub”

S.Babayevanın oğlu Ayxan Məmmədov isə məktubun məzmunu ilə tanış olduqdan sonra bildirdi ki, bu, anasının yazdığı məktub deyil: “Mənim anamın yazdığı məktub 7-8 vərəq idi və riyaziyyat dəftəri vərəqində yazılmışdı. O əlyazmalar Türkiyədə idi. Anamın ölümündən sonra mən onu Səlcuq Ağlayandan almaq istəsəm də, mənə vermədi. Pasportu da, həmin məktubları da məndən gizlətdi. Həmin məktubda Gülərin xeyrinə bir cümlə də yox idi. Anam yazmışdı ki, Gülər, məni bura sən göndərdin, mənim də oğlum var, mən də onun yanında olmaq istəyirəm”.
Müsahibimiz bildirdi ki, mərhum anası onun bu məktubu oxumasından xəbərsiz olub: “Mən onun çantasında gördüm bu məktubu. Məktubla yanaşı xarici pasport da çantasında idi. Hətta xalam da gördü o məktubu. Mənə dedi ki, məktubu götür, saxla. Amma mən anamdan çəkindiyim üçün bunu etmədim. Anam məktubda yazmışdı ki, mənim oğlum universitetdə oxuyurdu, amma təhsil haqqını verə bilmədiyi üçün oradan çıxarıldı. Anamın qəbrinə and olsun ki, mən o məktubu oxuyana qədər institutdan qovulduğumu bilməmişəm. Ora ömrümdə bir dəfə getmişəm. Anam yazmışdı ki, Gülər, sən mənə köməklik eləməlisən, çünki məni bura sən göndərmisən. O məktubu üzə çıxarsınlar”.
A.Məmmədov dedi ki, anasının məktubu əlyazma şəklində və çox pis xətlə yazılmışdı. Onun sözlərinə görə, çap variantında belə bir məktubun olması quramadır: “Anamın orda kompyuteri var idi ki, oturub orda da yazı yazsın? Özü də anamın xətti əyri-üyrü idi. Tələsəndə çox pis xətlə yazırdı”.

Azad Mürsəliyev: “Bu, Gülər Əhmədova ilə bağlı məhkəmə ssenarisinin tərkib hissəsidir”

Məktuba Elşad Abdullayev “cəbhəsindən” də münasibət öyrənmək istədik. Sabiq rektorun vəkili Adil İsmayılov bu məktuba şərh verməyəcəyini dedi.
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məktub Gülər Əhmədova ilə bağlı məhkəmə ssenarisinin tərkib hissəsidir: “Bundan əvvəl də Elşad Abdullayevin şikayətləri əsasında həbs edilən şəxslərin məhkəmələrini izlədiniz. Onların hamısı sifarişli oldu. Dediyiniz məktub da Gülər Əhmədova ilə bağlı məhkəmə ssenarisinin tərkib hissəsidir. Özündə haqsızlığı əks etdirir”.
A.Mürsəliyev dedi ki, S.Babayevanın yayımlanan və hələ yayımlanmayan video, səs yazılarında gerçək öz əksini tapıb. Müsahibimizin sözlərinə görə, S.Babayeva hər dəfə söhbətində baş verən hadisələri detalı ilə danışıb: “Öncə Sevinc Babayevanın ölümünə aydınlıq gətirilməli, ondan sonra belə məktublarla bağlı danışmalıyıq”.
Gülər Əhmədovanın vəkili Raqif Mustafayev isə bu barədə danışmaq istəmədiyini bildirdi.
Maraqlıdır, sözügedən məktub Baş Prokurorluğa da göndərilibmi? Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bizə açıqlamasında dedi ki, sözügedən məktubla bağlı Baş Prokurorluğun mətbuat xidmətində hər hansı məlumat yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova işində yeni faktlar üzə çıxır

    Gülər Əhmədova işində yeni faktlar üzə çıxır ...

    13-08-2013, 10:55

  • 
  • Sevinc Babayeva ilə bağlı şok faktlar

    Sevinc Babayeva ilə bağlı şok faktlar ...

    29-12-2012, 11:42

  • 
  • Sevinc Babayevanın meyiti tapıldı

    Sevinc Babayevanın meyiti tapıldı ...

    28-12-2012, 12:41

  • 
  • Sevinc Babayevanın “itkin pasportu” üzə çıxdı — sensasiya

    Sevinc Babayevanın “itkin pasportu” üzə çıxdı — ...

    23-10-2014, 12:04

  • 
  • Gülər Əhmədova Sevinc Babayevanı döyüb

    Gülər Əhmədova Sevinc Babayevanı döyüb ...

    12-11-2013, 13:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu