Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranma günü ilə bağlı teleşirkətdə tədbirlər keçirilib.
TV-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şurasının toplantısında bir sıra cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. Bu qərarların sırasında "Səhər proqramları" departamentinin rəhbərliyində edilmiş kadr dəyişikliyinin təsdiqi xüsusi ilə diqqəti çəkir.
Xatırladaq ki, adı çəkilən proqramın direktoru vəzifəsinə bundan əvvəl Azərbaycan Televiziyasının "Səhər" musiqi-informasiya proqramında və "Xəzər" studiyasında bir sıra aparıcı vəzifələrdə çalışmış, 2005-ci ildən - İTV-nin fəaliyyətə başladığı ilk gündən bu qurumda "Milli azlıqlar üçün verlişlər" departamentinin direktoru, 2011-ci ildən "Carçıfilm" departamenti direktorunun müavini, bu ilin yanvarından isə Baş redaktoru vəzifələrində işləyən Rauf Rəcəbov təyin edilib. O, həm də İctimai Televiziyada "Sənədli dedektiv" proqramının müəllifi və aparıcısı kimi tanınır.
Qeyd edək ki, "Səhər proqramları" departamentinin əvvəlki direktoru Səidə İbrahimli şirkət rəhbərinin əmri ilə "Carçıfilm"in Baş redaktoru təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?