Saqqal saxlamaq üstə başlayan dava sonda bıçaqlaşma ilə yekunlaşıb
Virtualaz.org yerli mətbuatın istinadən xəbər verir ki, avqustun 31-də saat 15:30 radələrində Şirvandakı “Elit” ticarət mərkəzində alverlə məşğul olan vəhhabi təriqətinə məxsus şəxslər arasında dava olub. Məlumat verən mənbə hadisəni bu cür nəql edib: “Dava edən şəxslər 5-6 nəfər olublar. Vəhhabilər onların sıralarına yeni qoşulmuş Teymur adlı şəxsə (soyadını dəqiqləşdirə bilmədik-red.) neçə vaxt imiş saqqal saxlamağı tapşırıbmış. Amma o, bu tapşırığa məhəl qoymurmuş. Ona görə də Teymurla təriqət yoldaşları arasında mübahisə yaranıb. Onu 5 nəfər vəhhabi ticarət mərkəzinin qarşısında döyüb”.
Dava zamanı bıçaqlaşma olduğu da bildirilir. Mənbə Teymuru döyən vəhhabilərdən iki nəfərinin adını söylədi. Bunlar Elnar və Şahlar adlı Şirvan sakinləridirlər. Amma onların da soyadlarını dəqiqləşdirə bilmədik. Əldə etdiyimiz məlumata görə, Teymur dava zamanı xəsarət alıb. Amma o, xəstəxanada yox, evdə müalicə olunur.
Mənbənin bildirdiyinə görə, polis işi ört-basdır etməyə çalışır. Davanın vəhhabilərlə anlaşdıqdan sonra rəsmiləşdirilmədiyi deyilir. Xəbər redaksiyaya gec saatlarda daxil olduğu üçün DİN mətbuat xidməti ilə əlaqə saxlaya bilmədik (musavat.com).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?