Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlu qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirilib.
“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?